Ceyhun Bayramov ermənilərin ərazilərimizi minalamaq cəhdlərindən danışdı

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Anews.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan, tarixi əlaqələrə və qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan münasibətləri qeyd edib.
Roman Naudinş bölgədəki cari vəziyyətlə tanış olmaq baxımından səfərin əhəmiyyətini qeyd edib. Bölgədə sülhün təmin olunması üçün əldə edilmiş razılıqlara riayət edilməsinin vacibliyini ifadə edib. Latviya Seyminin üzvü, həmçinin, Azərbaycanın üzləşdiyi mina təhlükəsinin ciddiliyini vurğulayıb.
Nazir bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistanın sərhəd bölgəsində gərginliyin artırılmasına xidmət edən addımları, sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti, o cümlədən, ərazilərin minalanması cəhdləri, eləcə də, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























