Reza Deqati Kəlbəcərdə minaya düşməkdən son anda xilas oldu

Dünyaca məhşur "National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bir neçə gün əvvəl jurnalistlərin Kəlbəcərdə minaya düşdüyü əraziyə gedərkən fəlakətdən son anda yayına bilib.
Anews.az xəbər verir ki, ANAMA əməkdaşları ilə hadisə yerinə yollanan Deqatinin getdiyi yolda cihaz vasitəsilə mina aşkarlanıb.
Minaxtaranların sayıqlığı nəticəsində düşmənin qoyduğu tələ vaxtında aşkarlanıb və böyük bir fəlakətin qarşısı alınıb.
Xatırladaq ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib