Ərdoğanın Şuşaya addımı İrəvanda nəyi həll edəcək?...

Ərdoğanın Şuşaya planlaşdırılacaq səfəri dörd mərkəzdə böyük rezonasla müşayiət edilir.
- Moskvada
- Vaşinqtonda
- Tehranda
Əsas sual budur:
Moskvanın da müttəfiqi olan Ərdoğanın Şuşaya səfər etməsi kimə və nəyə lazımdır?
İki vacib nüans:
Ərdoğan Qarabağa Brüssel görüşlərini tamamlayıb, gələcək.
Deməli, ikilinin tandemi burda rus sülhməramlılarının gecikdirdiyi 10 noyabr razılaşmasının da türk üsuli icrası üçün ideal zəmin hazırlayıb.
İkincisi, Türkiyə Rusiyanı bu prosesdə zəif bənd kimi haqlayıb və Byden - Putin görüşü fonunda özünün əsl gücünü Qarabağda ortaya qoyacaq.
Brüssel proqramında isə Türkiyənin PKK, NATO, Qarabağ, S-400 kimi ciddi məsələləri müzakirə ediləcək və Ərdoğan Baydenlə Qarabağa görüşün nəticəsini indidən hazırlayır.
Üçüncüsü, Ərdoğan dünyanın taleyinin həll edildiyi Avropa raundunda Əliyevin də nümayəndəsi kimi çıxış edir və meydanda 80 milyonluq yox, 90 milyonluq Aze- Türkiyə təmsilçiliyi meydana çıxır.
İrəvanda isə tezislər: "Sultan Qarabağa mülkü kimi baxır" üzərindən tirajlanır.
Hədəf:
Türkiyə Azərbaycanda:
Silah ixracını təmin edir;
Qurucluqda iştirak edir;
NATO üsulunda ordu qurur;
Sünikə KTMT ordusu yerləşdirilə bilər.
Azadlığı öz əlində olmayan Düşənbənin İrəvan aşkı da burdan qaynaqlanırmış.
Üçüncü bir məsələ:
Türkiyə - ABŞ əlaqələrindən ortaya çıxan nəticəyə görə, Türkiyə Çin və Rusiya arasında əsas yumşaq gücdür və Byden deyir ki, Türkiyə bizim müttəfiqimiz, gücümüz, maraqlarımızın müdafiəçisidir.
Bax, belə bir havada Brüssel görüşləri başlayır ki, ardınca da Qarabağa səfər reallaşdırılacaq.
Bir də heç kəsin demədiyi ciddi məsələ də var:
Ərdoğanın Şuşaya addımı İrəvanın kimin qucağına oturmasını həll edəcək.
Ya Vaşinqton-Paris, ya da Moskva...
Əks halda, 20 iyunda baş tutacaq seçkilər boş, mənasız, komediya və tamaşadır.
Əziz Əlibəyli
BM üzrə şərhçi
BM üzrə şərhçi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























