Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır

"Mən bu qanun layihəsinin birinci oxunuşu zamanı suallar qaldırdım, ancaq cavab almadım. Musa müəllim burada vacib məlumat səsləndirdi. Bildirdi ki, əhalimizin 7 faizi 65 yaşından yuxarıdır. Başqa sözlə, 7 faiz əhalimiz pensiya alır. Bu onu göstərir ki, orta ömür aşağıdır. Deməli, pensiya yaşını aşağı salmaq lazımdır".
Anews.az xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev patlamentin bu günkü iclasında çıxış edıb.
Deputat deyib ki, bir çox həmkarları qanun layihəsini mütərəqqi layihə kimi təqdim edir: "Məlum olur ki,əmək qabiliyyətini 31-60 faizə qədər itirənlər I, 61-80 faiz itirənlər II, 80 faizdən 100 faizə qədər itirənlər I qrup əlil adlandırılacaq. Biz bilmirik ki, II qrup əlillik almaq üçün vətəndaş əməl qabiliyyətinin neçə faizini itirməlidir”.
Q.Həsənquliyev bildirib ki, bu qanun layihəsi ilə yanaşı maliyyə əsaslandırması da təqdim olunmalı idi: "Biz bilməliyik ki, bu qanunun qəbul edilməsi ilə əlillərin sayı artacaq, yoxsa azalacaq. Biz bilməli idik ki, real vəziyyət nədən ibarət olacaq və biz nəyə səs verəcəyik. Nəzərə alın ki, sabah biz seçicilərlə görüşə gedəcəyik və suallarla üzləşəcəyik”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib