Musa Quliyev 13 deputatın tənqidinə CAVAB VERDİ

Bura Milli Məclisdir, kim istəyər səs verərŞ kim istəməz səs verməz.
Anews.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikləri tənqid etməsinə münasibət bildirərkən deyib.
"Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Onu demək istəyirəm ki, belə deyil, hörmətli həmkarlar. Yenə də spiker Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək” - deyə deputat bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























