Zahid Oruc: "15 iyun qurtuluşu həm də Vətən Müharibəsində qələbə günümüzdür"

Sovetlər Birliyinin dağılmasından sonra ictimai
burulğanın elmi auditoriyadan hakimiyyət birinciliyinə daşıdığı sabiq rektorlardan
biri "böyük siyasətdə piyada” olduqlarını
səmimiyyətlə etiraf etmişdi.Üstündən illər keçəcək, memarı olduğu
Respublika sarayının tribunasından milləti üzərində siyasi təcrübə aparanlara və
"piyada söhbəti”nə Heydər Əliyev belə cavab verəcəkdi:onda siyasətin şahı gəlməmişdi, ona görə!Yəqin, siyasəti şahmatla eyniləşdirənlər
Əliyevin nə dediyini yaxşı bilirdilər. Təəssüf, o sözlər sonrakı illərdə efirdə
bir daha səslənmədi, kim bilir, bəlkə özünün, bəlkə dəkorrektorların istəyilə.Lakin
Heydər Əliyev iki fərqli formasiyada
siyasətin şahı kimi yaşadı.Həmin ifadə demokratiya etiketlərilə uzlaşmasa
belə həqiqtə idi.
Böyük
liderin xarizmasının kölgəsində qalan Mixail
Qorbaçov mənfur planlarına meydan açmaq üçün onu imperiya rəhbərliyindən
uzaqlaşdırsa da 1993-cü ildə ata Əliyevə, 2020-ci ildə oğul Əliyevə məğlub
oldu.Yüz minlərlə insan faciəsinin baiskarı olan SSRİ-nin ilk və son
prezidentinin ölməyib bu günü görməsi ədalətin gec də olsa təntənəsiydı.Bəli, qoca Şərqin öz idarəçilik fəlsəfəsi,
siyasət inancı var-qərblilərdən fərqli olaraq xalqımız Əliyevin qayıdışına təkcə
ictimai-siyasi proseslərin təbii nəticəsi yox, həm də səmavi qanunauyğunluq kimi
baxırdı və öz məntiqində haqlıydı.Axı müsəlman aləminin ən böyük demokratiyası
hakimiyyət taxt-tacını təkcə Yerin yox, həm də Göyün hadisəsi saymasıdır.Ona görə də
93-cü ilin Xilaskarlıq missiyası 70-ci illərin nəhəng quruculuq dövrünün birbaşa
mənəvi övladı, siyasi, iqtisadi yetirməsidir.Siyasi Büro üzvlərindən təkcə Şevardnadzeyə
oxşar aqibət qismət olmuşdu, lakin o da dövlət sükanını sonadək uğurla saxlaya
bilmədi.
Heydər Əliyev imperiya rəhbərlərindən-dünyanın üçdə
birinə hökmranlıq edənlərdən olanda da, 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə
çevrilmiş ölkəsində xalqının yeddidə birinin köçkünlüyü qarşısında da eyni yenilməz
qürur və qətiyyət nümayiş etdirmişdi.O, Kremldə keçirdiyi yüzlərlə görüşü
bir baş üstün tərk etdiyi halda 15 illik fasilədən sonra Strasburqda bir vaxtlar
onun qarşısında istehsalat raportu verən Robert Koçaryanın əyalət hikkəsi və qalib
ədası ilə "biz torpaqları qanla almışıq”
bəyanatına soyuqqanlıqla, tövrünü pozmadan ”bir gün ermənilər zəfiləyəcək və
biz o günü mütləq gözləyəcəyik” deyə cavab vermişdi.Əliyevin uzaqgörənliyinin
nəticəsi dünyaya bəllidir. Bəli, Qələbə üçün ordu, silah üçün iqtisadiyyat, müttəfiq
üçün düzgün siyasət gərəkdir.İmperiya qurmuş Napoleon Bonapartsa həqiqəti yalnız
böyük batalyonların tərəfində gördüyü üçün uduzmuşdu!
Bəli, 15 iyun 1993-cü ildə bax bu parlament binasında
bir millət taleyinin tamaşaya qoyulduğu baş səhnədə xalqın xilas qərarı rəsmiləşdi.
Lakin qətiyyən təəccüblü deyildi ki, onun ölümdən qurtardığı adamların bir çoxu
şəxsi düşmənləri yox, dövlətə qarşı silahla-silahsız savaşanlar idi.O isə rəqiblərinin hamısını bağışladı,
çünki Əliyev dözümün də lideriydi.Böyüklüyünü ona irad tutanların, şəxsiyyətə
pərəstişin demokratiyaya uymadığını deyənlərin lidersiz bir cəmiyyət idealı milləti
başsız qoymuşdu.Onlara amerikalıların Vaşinqtondan, almanların Bismarkdan, türklərin
Atatürkdən imtina etməklə nə qazanacaqlarını soruşan olmamışdı.Bəli, biz sovet
dövründə nəinki keçmiş siyasi liderlərdən, o cümlədən birinci Respublikadan xəbərsiz
böyümüşdük.Müstəqillik qazananda da eyni səhvləri təkrarlayıb bu dəfə Cümhuriyyəti
əsas götürüb sovet keçmişimizi inkar etməyə başladıq.Lakin Heydər Əliyev siyasi
tariximizə obyektiv nəzərlərlə baxaraq, hər iki respublikanın uğur hekəyələri
arasında varislik bağları tapdı, düzgün dövlətçilik dərsləri yaradaraq qarşılıqlı
inkarın, keçmişlə döyüşməyin faydalı olmadığını göstərdi.Məgər biz Cümhuriyyət
qurucularının milli və siyasi kimlik, azadlıq məfkurəsi ilə öyündüyümüz halda dahi
Üzeyirin yaratdığı mədəni mirasdan, yaxud, 600 minə qədər mərd oğulların faşizmə
qarşı qəhrəmanlığından imtina etməliydik?Yoxsa, 70-ci illərdə yaradılan elmi
bazanın, təhsil və sənaye potensialının üzərindən xətt çəkib, bir vaxtlar beş ulduzlu
bayraqlar dalğalandığı üçün milyonlarla tikili ilə vidalaşmalıydıq?
Bəli, Vətən Müharibəsində qələbənin təməl
daşlarının qoyulduğu 93-cü illər atəşkəsdən, müxtəlif dövlət çevrilişlərini dəf
etməkdən və siyasi savaşlardan keçdi.Lakin ötən ay bir-birini ifşa edərək taleyüklü
hadisələri öz adı ilə çağırmağa başlayan ter Petrosyan-Koçaryan dueti növbəti həqiqətləri
gün üzünə çıxardı. Dağlıq Qarabağın erməni icmasının danışıqlardan nə zaman kənarlaşdırıldığı
sualı ətrafında qarşılıqlı ittihamlara cavab verən sabiq erməni rəhbərləri Lissabon samitində Heydər Əliyevin
Amerikanın yardımı ilə yekun qətnamə qazandığını onların ən böyük uğursuzluğu
kimi bəyan etdilər.Ter-Petrosyan acizliyindən sarsılan keçmiş nazir Vardan
Oskanyanın Azərbaycan liderinin neft müqavilələri ilə diplomatiyanı
uzlaşdıraraq əldə etdiyi nəticənin onlar üçün faciə olduğunu, bundan sonra Ermənistanda
bir-birinin ardınca çevrilişlərin başlandığını dilə gətirir.1-ci Qarabağ
müharibəsində məğlubiyyətdən cəmi 3 il sonra güc nisbətinin ölkəmizin xeyrinə dəyişməsini
düşmən etiraf edirsə, onun kənarında hakimiyyətə gəlmək üçün "Qarabağı satdılar”,
"biz nədən qurtulmuşuq ki” deyənləri qoy Heydər Əliyevin ruhu bağışlasın. Həqiqətin
üzə çıxması üçün düz 25 il gözləməli olduq.Ulu öndərin tarixi xidmətlərini
dananlar Paşinyanın "biz 1996-98-ci illərdə Qarabağı siyasi olaraq itirdik” bəyanatını
görüb heç olmasa düşmənindən aşağıda durmaq istəməsinlər.Müharibədə məğlubiyyət
hələ çox sirlərin üstünü açacaq.Lakin Lissabon sammitindən danışanda ironiya və
həqarətlə təhqir pamfletləri yazan qruplar da gərək 1-ci erməni prezidentinin
dediklərini unutmasınlar.
Heydər Əliyevə sağlığında ona qalib gələ bilməyənlər
özü boyda abidəlşən zirvəyə ucalan müstəqil
Azərbaycan dövətinə də məğlub oldular!
İndi uca səslə deyə bilərik.Azırbaycan xalqı-10 noyabr 2020-ci il qələbəsinə gətirən
yola 15 iyun 1993-cü ildə çıxdı!O zamankı qurtuluş üstündən 27 il sonra bir
millətin qollarını buxovlayan işğal bəndlərinin qırılmasına və torpaqların əsarətdən
qurtulmasına yol açdı.Hər iki Qurtuluş vahid bir mahiyyətdə və məqsəddə birləşir.80
faiz Azərbaycan ərazilərinin xilası təkcə xaos diktaturasına son qoymadı, həm də
Vətən müharibəsində qələbəməzin ictimai-siyasi və hərbi əsaslarını yaratdı. Son
27 ildə bu fikrə inananların sayı artıb-azala bilərdi, lakin onun gələcəyi görmək
bacarığı 44 günlük müqəddəs savaşda daha aydın görünürdü.O üzdən Qələbə
Simfoniyasının səsləndiyi Şuşada, böyük Vaqifin yenidən ucalan məqbərəsində, hər
gün bir daş artıq böyüyən Vətəndə Heydər Əliyevin idealları yenidən gerçəkliyə
çevrilir.O azad torpaq, bütöv Vətən və böyük ərazilər deməkdir.Ona qəhrəman, sərkərdə,
milli lider, dövlət atası və sair epitetləri deyilib.Lakin sadə insan, ailə
başçısı kimi dəyər verərkən bir nəsihətin xüsusi vurğulanmağa ehtiyacı var.
İlham Əliyev Şuşa Zəfərini təqdim edərkən dövlət başçısı kimi qəbul etdiyi tapşırığı
yerinə yetirməsi, rəhbərə sədaqətli olması ilə yanaşı, bizim Şərq cəmiyyəti
üçün ibrətamiz nümunəni qabartmasının müstəsna əhəmiyyəti var.Ata sözünü uca
tutmaq ailə, övlad və tərbiyə məktəbimizin də təməlinə çevriləcək hadisədir. Zəfərə
görə dualar, minnətdarlqılar ilk növbədə onun ünvanınadır-Ulu öndər Heydər
Əliyevin!10 dekabrda-12 dekabra iki gün qalmış Qələbə Paradı həm də Ulu öndərin
xatirəsi önündə sayğı duruşu və keçidi idi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























