Ziya Məmmədov təcili Bakıya ÇAĞIRILDI

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın "Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət işində keçəndən sonra onun Bakıya çağırıldığı haqda xəbərlər yayılıb.
Xatırladaq ki, Z.Məmmədovun adı 100 milyonluq rüşvətdə hallanır. 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə "Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlib.
Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara "otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur. Cinayət işi artıq yekunlaşıb və Tomas Bimer tezliklə məhkəmə qarşısında çıxarılacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə "dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.
Sayt əməkdaşı Ziya Məmmədovun Bakıya çağırılmasının səbəbini öyrənmək, İsveçdəki 100 milyonluq "otkat” işinə rəyini almaq üçün onunla əlaqə saxlayıb. Sabiq nazirin telefonuna özünü adi işçi kimi təqdim edən şəxs cavab verib. O, Ziya Məmmədovun Bakıda olduğunu təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























