Ərdoğanın Şuşaya səfəri İranı necə silkələdi...

Bu gün Şuşada yazılan tarix iki mərkəzdə şok effekti verib.
Erməni sosial şəbəkələri dayanmadan mərhum Tələt Paşanın fotolarını paylaşır:
Bilməyənlər üçün: İttihad və Tərəqqi cəmiyyətinin üzvü, Osmanlı dövlətinin naziri, gənc türklərin liderlərindən biri idi. Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildi. Onları saxta erməni soyqırımının təşkilində ittiham edirdilər.
Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili solomon teyliryanın heykəli qoyulub. Ayağı Tələt Paşanın kəsilmiş başının üstündə...
Bu şəkillə Şuşada səfərdə olan Ərdoğana mesaj verməyə cəhd edirlər...
2. İran mediasında 44 günlük mübarizənin nəticələrinə dair iki gündür ki, müzakirələr dayanmır.
Əsas qaldırdığı məsələlər budur:
"Qarabağdakı 44 günlük müharibə İranın milli maraqlarına ciddi ziyan toxundurub. Bir tərəfdən, təkfirçi terrorçuların Türkiyə tərəfindən Suriyadan Qarabağa köçürülməsi Ermənistan, Rusiya və İranın milli təhlükəsizliyini təhdid etdi və vətəni olmayan terrorçuların Qarabağ və Qafqaz onların yeni ocaqlaridir.
Azərbaycanın son müharibədəki uğurlu strategiyası, yəni İran sərhədi boyunca irəliləmək və hərbi əməliyyatlar aparmaq Syünikin bəzi bölgələrinin, xüsusən İranla həmsərhəd bölgələrin işğalı yolu ilə Naxcivanla quru əlaqələrini təmin etmək Azərbaycanın strateji siyasətidir.
Qarabağdan sonra Azərbaycan hökuməti, Türkiyənin təşəbbüsü ilə və dəstəyi ilə, Naxcivanla quru əlaqəsini təmin etmək üçün Ermənistanın Sünik bölgəsinə Azərbaycan ərazilərindən Naxçıvana iki əsas istiqamətdə hücum edə bilər.
İranın bölgədəki əsas rəqibi olan Türkiyənin inkişaf etdirdiyi bir prosesdə İranın Azərbaycan, Ermənistan və Naxçıvan sərhədlərində gərginlik artaraq regionu yeni terrorizmin ocağına çevrilə bilər.
Qarabağ müharibəsinin hiyləgər və bacarıqlı siyasətinin inkişaf etdiriciləri (İsrail, Türkiyə) İran sərhədi boyunca hərəkət etmək taktikasından istifadə edərək, Ermənistan ordusu üçün məhdudiyyətlər yaratmağa cəhd edirlər.
Hətta İeanjnAzərbaycan dilli vətəndaşlarıni Ermənistanla toqquşmağa təhrik etdilər.
Azərbaycanın güclənməsi və bölgədəki hərbi potensialının artması 1970-90-cı illəri xatırladan bir prosesdir. İraqdakı Baasçı rejimin hərbi nəfəsli yüksəlişiydi.
Digər tərəfdən, 44 günlük Qarabağ müharibəsinin nəticələrindən biri də İranla Ermənistan arasındakı quru sərhədinin azaldılması, Şimal-Cənub dəhlizinin aradan qaldırılması ehtimalı, İrandan enerji nəqli üçün əngəllər yaradılması ehtimalıdır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























