• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsində şəhid olan tibb işçiləri - 9 həkim, 7 feldşer, 26 sanitar

Vətən müharibəsində şəhid olan tibb işçiləri - 9 həkim, 7 feldşer, 26 sanitar
17.06.2021 13:37
Bu gün insanların xəstəliklərinə çarə axtaran ağxalatlı peşə sahiblərinin - tibb işçilərinin bayramıdır.

2001-ci ildən etibarən Azərbaycanda iyunun 17-si Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri də öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həm də həkimlər, kiçik tibb işçiləri vardı.  

Müharibədə onların da üzərinə çox böyük yük düşmüşdü. Vətən müharibəsinə qatılan həkimlər  mərmi yağışı altında yaralı əsgərlərimizi xilas etmək üçün çarpışırdılar.


2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanıb.


Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən verilən məlumata görə, ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.


Qeyd edək ki, Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.
2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.


Şəhid həkimlərdən danışarkən Azərbaycan Tibb Universitetinin məzunları olmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev,  tibb xidməti leytenantı Azər Şəmilov,  tibb xidməti leytenantı  Turqut Xəlilbəyli, tibb xidməti leytenantı Adil Əfəndiyev, tibb xidməti leytenantı Mirlətif Ağayev, tibb xidməti kapitanı Anar Məmmədov, tibb xidməti giziri Eldar Abdullayev, tibb xidməti baş leytenantı  Nurlan Fərəməzov, tibb xidməti baş leytenantı Şöhrət Qasımov,  tibb xidməti leytenantı Tariyel Salmanov və digərlərini xatırlamalıyıq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol