Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib

"Ermənistanda dərin siyasi böhran yaranmışdı. Bunun məntiqi nəticəsi olaraq orada növbədənkənar parlament seçkiləri keçirilib və yeni hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün başa düşəcək və düzgün nəticələr çıxaracaq”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyantların şərtlərinin yerinə yetirilməsi üçün geniş iş görülsə də, bu sahədə bəzi ləngimələr müşahidə olunub: "Bunun əsas səbəbləri Ermənistanda müşahidə olunan siyasi böhran idi”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























