• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlığına qəbul edilən 245 nəfər and içib

Azərbaycan vətəndaşlığına qəbul edilən 245 nəfər and içib
21.06.2021 16:31
Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.


Bu barədə Anews.az-a DMX-dən məlumat verilib.


Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanla sıx bağlı olan bu şəxslərin hər birinin ölkədə yaşamasının hüquqi statusu artıq dəyişir. Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər.


Xidmət rəisi həmçinin vurğulayıb ki, budəfəki tədbir həm də Vətən müharibəsindən sonra keçirilən ilk andiçmə mərasimi kimi əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı tarixi hadisədir. Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib. Həmin ailələrdən 3-ünün bugünkü tədbirdə iştirak etdiyini vurğulayıb. Onların hər birinə qəhrəman Vətən övladları yetişdirdiklərinə görə minnətdarlığını ifadə edib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Azərbaycanın dövlət himni səsləndirilib.


Tədbirdən sonra Vüsal Hüseynov Azərbaycan vətəndaşlığını əldə etmiş və paytaxtda yaşayan qazi ailələrinin üzvləri ilə görüşərək onlara müvafiq arayışları şəxsən təqdim edib. Öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 30 illik həsrətinə son qoyan igidlərin arasında onların da övladlarının olmasını qürurverici hal kimi qiymətləndirib. Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.


Vüsal Hüseynov, həmçinin "Azərbaycana Birgə Yardım” Təşkilatının (UAFA) təsisçisi və direktoru Burchell Gwendolyn Trixie ilə görüşüb. Onu Azərbaycan vətəndaşlığını əldə etməsi münasibətilə təbrik edib. Uzun illərdir Azərbaycanda həyata keçirilən layihələrə Təşkilatın verdiyi mühüm töhfələrin təqdirəlayiq olduğunu vurğulayıb. Burchell Gwendolyn Trixie isə öz növbəsində Prezident İlham Əliyevə təşəkkürünü bildirib.


Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamların icrası regionlarda da həyata keçirilib. DMX-nin regional miqrasiya idarələrində andiçmə mərasimləri təşkil olunub. Şəhid və qazi ailələrinin üzvlərinə səyyar xidmətlər göstərilib.







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol