• $
  • €
  • ₽
  • ₺
  • £

"Ayvazyan Azərbaycanla danışıqlar prosesini pozub"

"Ayvazyan Azərbaycanla danışıqlar prosesini pozub"
23.06.2021 13:18
Ermənistanın Təhlüksizlik Şurasının sədri Armen Qriqoryan 15 erməni diversantın geri verilməsi və bu ölkənin sabiq xarici işlər naziri Ara Ayvazyanın niyə işdən çıxarılması barədə maraqlı açıqlama verib. 


HİT.Az xəbər verir ki, Qriqoryan "Azadlıq” Radiosunun Ermənistan bürosuna deyib ki, Ayvazyan Azərbaycanla danışıqlar prosesini pozub.


Onun sözlərinə görə, mayın 27-nə qədər aparılan bütün danışıqlar nəticəsiz qalıb. "Ayvazyan bizim partnyorlarımıza deyirdi ki, guya Ermənistanın əlində minalı ərazilərin hər hansı xəritəsi mövcud deyil. Halbuki biz onu Azərbaycan tərəfinə verdik”, - deyə Qriqoryan vurğulayıb.


Onun sözlərinə görə, Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin geri qaytarılması məsələsini əngəlləməyə çalışıb. Qriqoryan hesab edir ki, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək niyyəti olmayıb. O, davamlı olaraq Paşinyan hakimiyyətinə problem yaradıb. 


"Sizdə belə bir sual yaranmır ki, niyə problem uzun müddət həll olunmadı və Ayvazyan danışıqlardan kənarlaşdırlan kimi, məsələ həllini tapdı?”, - deyə Qriqoryan bildirib.


Ermənistan Təhlükəsizilik Şurasının sədri jurnalistin "Hakimiyyət əsirlərin müqabilində yerdə qalan minalı ərazilərin xəritəsini verməyə davam edəcəkmi?” sualına cavab olaraq deyib: "Ermənistan hökuməti istənilən konstruktiv addımlara analoji qaydada cavab verməyə hazırdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol