• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-da erməni diasporundan danışılıb

AŞPA-da erməni diasporundan danışılıb
25.06.2021 11:02
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son günündə  Avropada və dünyada diasporların rolu və fəaliyyəti mövzusu ətrafında müzakirələr aparılıb.

"Azərbaycanın yaratdığı yeni reallıqlar, torpaqlarımızın azad edilməsi, Qarabağda sülh, əmin-amanlıq kimi tamamilə yeni proseslər başlayıb. Azərbaycanın yaratdığı reallıq Avropada dərk edildikcə, AŞPA-da danışıq tərzimiz də dəyişir".

Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a bildirib.

Səməd Seyidov deyib ki, AŞPA-nın bu iclasında erməni mənşəli Azərbaycan vətəndaşlarının Fransada, Rusiyada, ABŞ-da olan erməni diasporunun əlində girov kimi saxlanılması, onların manipulyasiya edilməsi məsələsini qaldırdım. Bildirdim ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir. Məqsədləri yenə də xalqları üzü-üzə qoymaq, münaqişəyə cəlb etməkdir.

"20 ildir ki, AŞPA-da Azərbaycanın maraqlarını, mövqeyini müdafiə edirik. Azərbaycanın milli maraqları bütün etnik qrupların sülh şəraitində yaşamasıdır.
Erməni əsilli Azərbaycan vətəndaşları bunu nə qədər tez başa düşələr, regionda o qədər də tez əmin-amanlıq bərqərar olacaq. AŞPA parlamentarilərinə təəccüblü gəldi ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri erməni mənşəli Azərbaycan vətəndaşlarını müdafiə edir. Düzdür müdafiə edirik, ölkəmizdəki bütün etnik qrupların nümayəndələrini hüquqlarını müdafiə edirik”, - deyə S.Seyidov bildirib.

O qeyd edib ki, bu təşkilatda əvvəllər Azərbaycanın yaratdığı reallığı, yeni geosiyasi mənzərəni sanki görmürdülər, anti-Azərbaycan çıxışlar edirdilər. Əvvəllər Azərbaycanla bağlı mənfi mövqe nümayiş etdirən deputatların əksəriyyəti indi obyektiv yanaşma göstərirlər. Ermənistanın mina xəritələrini verməsi ilə bağlı həmin deputatlar reallığı görüb Azərbaycanın bəyanatına imza atdılar.

Avropa Şurasının Baş Katibi, digər səlahiyyətli üzvləri və Azərbaycan üzrə həmməruzəçisi minalarla bağlı Azərbaycanın mövqeyini dəstəklədilər. AŞPA bəyanatımızı dərhal saytında yerləşdirdi, Nazirlər Komitəsinə yazılı təqdim etdiyimiz sual dərhal qəbul olundu və araşdırılmaq üçün nəzarətə alındı. Artıq proses yeni istiqamətdə gedir.

Nümayəndə heyətimizin rəhbəri qeyd edib ki, Azərbaycanın haqq sözü yavaş-yavaş, ancaq məntiqlə, israrla qəbul olunmağa başlayır. Ölkəmizin regionda yaratdığı reallığın artıq bu təşkilatda qəbul edildiyinin şahidi oluruq. Bu proses növbəti sessiyalarda da davam etdiriləcək, ölkəmizin yaratdığı reallıqlar geniş formada təşviq olunacaq.

Ermənistanda baş verən hadisələr ona dəlalət edir ki, artıq erməni xalqı başqa yolun olmadığını anlayır. Onlar bunu nə qədər tez dərk etsələr, bir o qədər də tez problemlərdən qurtulacaqlar.

Səməd Seyidov bildirib ki, yay sessiyasının ilk günlərində erməni nümayəndə heyətinin bəzi üzvləri isterik şəkildə Azərbaycana qarşı ittihamlar yürütməyə cəhd etdilər. Ancaq sessiyanın son günüdə "Avropada diaspor siyasəti” məruzəsi ilə bağlı müzakirələrə erməni nümayəndə heyətinin üzvləri qatılmayıb.

Çünki onların davranışı artıq qəbul olunmur, xüsusilə də söylədikləri reallığı əks etdirmir. Onların deməyə arqumentləri, sözləri yoxdur. Üstəlik, onlar artıq Ermənistan parlamentində təmsil olunmurlar, erməni xalqı da onlardan imtina edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol