Qənirə Paşayeva AZAL-ın qiymətlərinə ETİRAZ ETDİ

AZAL-a yenidən çağırış edirəm ki, qiymət məsələsinə baxılsın.
Anews.az xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib.
"Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir. Hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır. Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı. Gediş-gəliş edən tək turistlər deyil, tələbələrimiz, xəstələrimiz də var. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. AZAL-a çağırış edirəm, müvafiq qurulmara da müraciət edirəm. Məsələyə baxılsın”- deyə əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























