• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərlə bağlı SƏRƏNCAM

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərlə bağlı SƏRƏNCAM
25.06.2021 12:05
Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamda deyilir

1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir;

2.2. 2021-ci ildə hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü "Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi” yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına, növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq ödənilir.

1.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
2.4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol