• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Şuşa əməliyyatından DANIŞDI

Zakir Həsənov Şuşa əməliyyatından DANIŞDI
26.06.2021 15:49
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi Şuşa əməliyyatından danışıb.

Anews.az xəbər verir ki, nazir bununla bağlı "Real" TV-yə müsahibəsində məlumat verib.

Şuşa əməliyyatı barədə hər şeyi danışa bilməyəcəyini deyən nazir bu əməliyyatın indiyə qədər məxfi olduğunu bildirib:

"Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlarını vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusi ilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Doğrudur, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik və onlar həm canlı qüvvə, həm də texnika baxımdan çox böyük itki verdilər. Amma biz doğma şəhərimizi artilleriyadan vurmurduq və bu da bizə əməliyyatı keçirməkdə çətinliklər yaradırdı. Həmin ərəfədə havalar da buludlu olurdu, ona görə də biz Şuşa əməliyyatı vaxtı pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik. Hətta kəşfiyyatın da aparılmasında da çətinliklər var idi. Eyni zamanda təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik".

"Şuşa əməliyyatı deyəndə bir Şuşanın özünə daxil deyildi. Əvvəl ətraf söhbəti olmalı idi, daha sonra isə Şuşa. Biz artilleriyadan və aviasiyadan ətrafı necə lazımdırsa, işlədik. Mən xüsusi qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığının şahidi oldum. Bizim istehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş gördülər və qəhrəmanlıq göstərdilər - yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Çünki onlar bizim Şuşaya əsas hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər və ona görə də güclərini ayrı yerdə cəmləşdirmişdilər. Bizim Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri qisa bir müddətdə yol çəkdilər. Bundan əlavə, kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim elitar qoşunlarımız olan xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər", - nazir bildirib.

Z.Həsənov Azərbaycan Ordusunun qəhrəman topçularından danışaraq onların xidmətini yüksək qiymətləndirib. Nazir həmçinin bildirib ki, müharibədən sonra kadrlara baxan zaman Türkiyənin milli müdafiə naziri topçuların tapança kimi atəş açdığını deyib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol