İranın yeni Prezidenti avqustun 3-də and içəcək

Avqustun 3-də İran Prezidenti Həsən Ruhanin səlahiyyət müddəti başa çatacaq və yeni seçilmiş Prezident İbrahim Rəisi vəzifəsinin icrasına başlayacaq.
Anews.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İran İslam Şurası Məclisinin (parlamentin) sədr müavini Əli Nikzad deyib.
O bildirib ki, yeni Prezidentin andiçmə mərasimi də avqustun 3-də keçiriləcək. Mərasimdə yerli və xarici qonaqlar iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.
Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib