• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov BMT komissarı ilə qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması haqda danışdı

Lavrov BMT komissarı ilə qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması haqda danışdı
29.06.2021 12:02
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filipo Qrandi ilə görüşüb. TASS xəbər verir ki, görüşdə tərəflər qaçqınların Dağlıq Qarabağa qaytarılması məsələsini də müzakirə olunub.


Rusiya XİN-in yaydığı rəsmi məlumata istinad edən agentlik bildirir ki, tərəflər "qaçqınların və məcburi köçkünlərin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq  Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması” məsələlərini müzakirə ediblər.

 10 noyabr üçtərəfli bəyanatında qaçqınların və məcburi köçkünlərin BMT-nin qaçqınların işi üzrə Ali komissarının eqidası altında Qarabağa qaytarılması məsələsi əksini tapıb. Həmin bəyanatın ardınca regiona yeridilən Rusiya sülhməramlı qüvvələri BMT komissarını gözləmədən hərbi əməliyyatlar zamanı  bölgəni tərk edən 50 mindən çox ermənini Ermənistandan Qarabağa geri qaytarıb. Daha sonra proses dayanıb. İndi Lavrovun məhz hansı qaçqınların geri qaytarılması məsələsi barədə BMT Ali komissarı ilə müzakirə apardığı məlum deyil. Çünki indiki halda Dağlıq Qarabağa həm də azərbaycanlı qaçqınların geri qaytarılması məsələsi aktualdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol