Deputat: "Bu kifayət qədər ciddi məsələdir"

Ölkəmizdə bəzi hallarda yeni kadrın təyinatı ilə dövlət orqanlarında əvvəlki kollektivin səbəbsiz işdən azad edilməsi problemi yaşanır.
Anews.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisdə "Dövlət qulluğu haqqında” qanuna münasibət bildirərkən deyib.
"Bəzi hallarda yeni təyainatla əlaqəli dövlət orqanlarında peşəkar olan işçilər işdən azad edilir.Səbəb isə çox yaşın olması göstərilir. Söhbət 50, 55, 58 və s. yaşdan gedir. Bu yaşda olan, müəyyən təcürbəyə malik kadrlar işdən çıxarılır, mövcud durumu, pandemiya səbəbindən iqtisadiyyatımızın qarşılaşdığı problemləri nəzərə alsaq, faktiki olaraq işsız qalırlar. Pensiya vaxtına isə hələ bir neçə il var. Bu şəxslər ailə başçısıdırlar, yaşlarının ən məsuliyyətli anını yaşayırlar, övladları təhsil alır, qızları, oğulları ailə həyatı qurmalıdırlar. Və belə bir anda dəstəyinə ehtiyac duyulan valideyin işsiz qalır. Fikrimcə, həmkarlarım mənimlə razılaşar ki, bu, kifayət qədər ciddi məsələdir və diqqətimizdən kənarda qalmamalıdır" - deyə deputat qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























