• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni terrorçu birləşməsinin üzvlərinin məhkəməsi keçirilir - YENİLƏNİB

Erməni terrorçu birləşməsinin üzvlərinin məhkəməsi keçirilir - YENİLƏNİB
05.07.2021 13:15
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçiriləcən prosesdə təqsirləndirilən şəxslərdən Qriqoryan Feliks Arşakoviç ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, ötən il noyabr ayında hərbi komisarlığa dəvət olunu: "Bildirdilər ki, gəlməsəm barəmdə cinayət işi başlanacaq.
 
Hərbi Komisarlıqda silah-sursatla təmi olundum. Bizə komandir polkovnik-leytenant Arsen Kazaryan təyin edilmişdi. Gecə avtobuslara yola düşdük, yolda yatdıq. Səhəri Laçında açdıq. Mağazadan lazımı şeylər aldıq. Orda hamı erməniydi. Daha sonra rus sülhməramlılarının yanından keçərək bir dağ tərəfə gəldik. Orda Arsen Kazaryan demədi ki, bura Azərbaycan torpağıdır. Bizə deyilmişdi ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. 13-14 gün orda qaldıqdan sonra bizə dedilər ki, aşağı düşün. Evə qayıtmalıydıq. Aşağı düşəndə Azərbaycan ordusu tərəfindən saxlanıldıq. Silahlarımızı təhvil verərək təslim olduq".
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib.

Qriqoryan Feliks Arşakoviç məhkəmədə verdiyi ifadəni təsdiqləyib.

Prosesdə Anbardanyan Vels Karapetoviç dindirilib.

O da digər təqsirləndirilən şəxslər eyniməzmumlu ifadə verib. Bildirib ki, getdikləri ərazinin Azərbaycan torpaqları olduğundan xəbərsiz olub:

"10 noyabr bəyanatından xəbərim olub. Bilirdim ki, Laçını Azərbaycana təhvil verməliyik. Lakin Laçına gələcəyimizdən xəbərimiz olmayıb. Ora çatandan sonra xəbərimiz olub ki, biz Laçındayıq".

Təqsirləndirilən Mikaelyan Andranik Vazgenoviç ifadə verərək müharibə dövründə Cəbrayıl istiqamətində olduğunu deyib:

"Sentyabrın 27-də çağırışçı kimi hərbi komisarlığa getmişəm. Məni Cəbrayılda yerləşən hərbi hissəyə göndərdilər. Cəbrayılın Azərbaycan ərazisi olduğunu bilirdim. Sadəcə etiraz edə bilmədim. Dedilər, əmrə tabe olmasam həbs ediləcəm. Cəbrayılda döyüşlərdə olmamışam. Azərbaycan tərəfi hər gün irələyirdi.
 
Ordumuzdan itkilərimiz var idi. Bir müddət qaldıqdan sonra Cəbrayıldan bəzi hərbi qulluqçularla qaçdıq. Oktyabrın 17-də artıq evdəydim. Daha sonra hərbi polis zəng elədi dedi ki, gəlməsən həbs olunacaqsan. Noyabrın 27-də hərbi komisarlığa getdim".

Prosesdə Vardanyan Arsen Araikoviç, Tadevosyan Hrayr Seryojeviç, Bahrekyan Vahagen Edikoçiv eyniməzmunlu ifadə verib.

Prosesdə fasilə elan edilib.
 
*******

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol