• $
  • €
  • ₽
  • ₺
  • £

“İşğalçıya dəstək dünyanın hüquq problemini yaşadığını göstərir”

“İşğalçıya dəstək dünyanın hüquq problemini yaşadığını göstərir”
06.07.2021 19:01
"Ermənistanın işğalçılıq siyasətinə 30 ilə yaxın dövrdə göz yuman,  ədaləti maraqların arxasında gizlədərək beynəlxalq hüququn norma  və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini məkana görə icra edən  dövlətlər, təşkilatlar bu siyasətin davamı olaraq  işğalçı dövlətin  həyata keçirdiyi  ekoloji terror əməllərinə  də seyrçi mövqedə dayanır, illərdir dünya birliyinə qarşı yaratdıqları etimadsızlıq mühitini daha da dərinləşdirirlər. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur.  Məhz bu yanaşmalar, işğalçıya dəstək dünyanın hüquq problemini yaşadığını bir daha ortaya qoyur, həmçinin belə olduğu təqdirdə  hansısa dövlətin, təşkilatın kağız üzərində qalacaq sənədi qəbul etməsinə hansı ehtiyacın olması ilə bağlı sualların yaranmasına səbəb olur". 

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O bildirib ki, Ermənistanın istər işğal dövrü, istərsə də  10 noyabr 2020-ci il üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldarkən törətdikləri ekoloji terrorlar dünyanın gözü qarşısında baş verib.  Seyrçi mövqelər daim başqa cinayətlərə yol açmaqla dünyada sülhə, təhlükəsizliyə böyük problemlər yaratmış olur. Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi təkcə  Azərbaycanın yox, bütün dünyanın geniş rezonans və ictimai narazılıq doğuran məsələlərdən olmalıdır. Təəssüf ki, bir çox məqamlarda dünya belə ədalətsizliyə qarşı susqunluq nümayiş etdirir. Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda ciddi ictimai narazılıq və narahatçılıq doğuran məsələlər sırasındadır.

"Bu baxımdan ki, Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda  həyəcan təbilinin çalınmasına rəvac verən vəziyyət yaradıb. Diqqət çəkən, eyni zamanda, müxtəlif sualların yaranmasına səbəb olan məsələ bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkətinin yaxından iştirak etməsidir. Bu kimi addımlar öz növbəsində Almaniya mətbuatında mütəmadi olaraq ölkəmizlə bağlı qərəzli yazıların yer alması səbəblərinə də işıq salır.  Təhlillər  əsasında bu məqam açıqlanır ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Səbəb nədir?", - deyə baş redaktor qeyd edib. 

V.Rəhimzadə qarayaxma kampaniyalarının təşkilində  əsas  məqamlara diqqəti yönəldib:

"Azərbaycanın yalnız tarixi Zəfərimizdən sonra deyil, 29 ilə yaxın müstəqillik tarixində qazandığı uğurlar daim  anti-Azərbaycan qüvvələr tərəfindən qısqanılıqla, qərəzlə qarşılanıb. Əksər beynəlxalq müdafiə hüquq və qeyri-hökumət təşkilatları bu qərəzdən irəli gələrək Azərbaycanı "qeyri-azad", Ermənistanı isə "azad" ölkələr sırasında qeyd ediblər. ABŞ-ın bəzi hüquq təşkilatları bir qədər də irəli gedərək Dağlıq Qarabağı Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi qeyd ediblər.  Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilməsi də anti-Azərbaycan qüvvələrin, o cümlədən Soros şəbəkəsinin fəallaşmasında mühüm rol oynayan amillər sırasındadır". 

Baş redaktor Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin də bu kimi məqamlara işıq saldığını bildirib:
"Reallıq budur ki, bütün hallarda Azərbaycan müstəqil siyasəti ilə belə çirkin təbliğatları  cavablandırır. Soros kimilər Azərbaycan reallıqlarını inkar etmək, xalqın iradəsinə təsir göstərmək imkanında deyillər.  Yeni reallıqlar dünya ilə yanaşı, ölkəmizə qarşı qərəzli mövqedə dayanan, ermənipərəst siyasət yürüdən dairələrə də ciddi mesajları ünvanlayır. Soros Fondu müntəzəm olaraq Azərbaycan əleyhinə bəyanatlar, qərəzli mövqelər verməkdə davam edir. Xüsusilə, insan haqları, siyasi həbslər, QHT-lərə təzyiq mahiyyətli bəyanatlar heç bir reallığı əks etdirmir. Ölkə başçısının bu gün daxili siyasi kursuna baxdıqda ölkədəki bütün siyasi partiyalara dəstək verdiyi, onlarla dialoq təşkil edib, sağlam siyasi mühitin formalaşdırıldığı göz önündədir. Soros bunları öz maraqlarına görə görməzdən gəlməklə  demokratik dəyərlərə, inkişafa hansı prizmadan yanaşdığını nümayiş etdirir. Almaniyanın Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarına dəstək olması birmənalı qarşılana bilməz. Belə müdaxilələr daim dövlətimiz tərəfindən sərt reaksiya ilə üzləşib, bəyanatların səsləndirilməsini şərtləndirib. Azərbaycan reallıqları aparılan qərəzli kampaniyalara tutarlı cavabdır. Necə ki, 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa əsaslanan mövqeyimiz döyüş meydanında qələbəmizin əsası oldu". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol