• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə naziri İH başçısının oğluna Fəxri Fərman verib - SƏBƏB

Müdafiə naziri İH başçısının oğluna Fəxri Fərman verib - SƏBƏB
08.07.2021 11:41
Müdafiə naziri Zakir Həsənov icra başçısının oğlunu Fəxri Fərmanla təltif edib.


HİT.Az xəbər verir ki, bu faktı bloger Mehman Hüseynov ictimailəşdirib. O bildirib ki, nazir Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlunu bu fərmana layiq görüb. Blogger iddia edib ki, nazir  bir çox məmur övladına öz imzası ilə "Fəxri Fərman” diplomu verib:


"Təsəvvür edin, döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilərinin bəziləri medalsız qalıb, bir neçə gündür buna görə nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanılırlar da ki, "medala görə döyüşmüsüz?!" Medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Bir çox hərbçilərimizə haqsızlıq, ədalətsizlik olunub. Amma müharibədə iştirak etməyən məmur balalarına nazir Zakir Həsənov tappa-tarap fəxri diplomlar paylayır.


Bəs Ənvərli Ənvər Adil oğlu bilirsiz kimdir? Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu”, - bloger qeyd edib.


İttihamlara Sabunçu Rayon İcra Hakimiyyəti cavab verməkdən imtina edib. Bildiriblər ki, Ənvər Ənvərli bu işləri iş adamı olaraq görüb və suallar da ona ünvanlanmalıdır. Musavat.com onun rəhbərlik etdiyi "21-ci Əsr” MTK ilə əlaqə saxlayıb. 


MTK-dan bildirdilər ki, Ənvər Ənvərli 44 günlük Vətən müharibəsi zamanı orduya, müharibədən sonra isə şəhid və qazi ailələrinə imkanları daxilində kömək edib: "Ənvər Ənvərli bu işlər üçün xərcləməyi planlaşdırdığı məbləğdən daha artıq vəsait xərcləyib və yenə də xərcləməkdədir. Müdafiə Nazirliyinin rəhbərliyi də sağ olsun, onun xidmətlərini nəzərə alıb, təltif edib. Məgər təltif olunan təkcə Ənvər Ənvərlidir? Digər tərəfdən, Ənvər Ənvərli bu işləri təltif olunmaq üçün etməyib axı. Harada yazılıb ki, hər hansı bir iş adamı xalqa, orduya dəstək ola bilməz? Biz də bu müzakirələrlə tanışıq və sual edirik: iş adamı orduya, qazilərə və şəhid ailələrinə dəstək verə bilməz? Bu nə yanaşmadır?”


MTK rəsmisi "təltifdə Ənvər Ənvərlinin orduya dəstək verdiyi qeyd olunub, sirr deyilsə, bu məqsədə nə qədər vəsait ayrılıb” sualına belə cavab verib: 
"Ordumuza dəstək verib. Ümumilikdə şəhid ailələri və qazilərə verilən dəstək nəzərdə tutulandan dəfələrlə artıqdır və belə yardımlar davam etdirilməkdədir. Müharibə günlərində Füzuli və digər rayonların ərazisində döyüşən əsgərlərimizə də əlimizdən gələn köməyi əsirgəmədik, yardımlar apardıq. Ənvər Ənvərli müharibədən sonra da şəhid ailələrini, qazilərimizi diqqətdə saxlamaqdadır. Sumqayıtda yaşayan qazi Camal Alxasova maşın bağışlayıb. Bu, onun özünün şəxsi istəyi ilə baş tutub. Kimlər bu məsələləri dərindən öyrənmək istəyirsə, gedib araşdırsınlar”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol