Rusiya təyyarəsi Prezidentin mətbuat konfransını yarıda kəsdi - Video

Litva Prezidenti Gitanas Nausedanın İspaniya Baş naziri Pedro Sançeslə NATO-nun Şaulyay şəhərində yerləşən bazasında baş tutan mətbuat konfransı yarımçıq dayandırılıb.
"RİA Novosti” xəbər verir ki, buna səbəb Rusiya təyyarəsinin hava məkanına daxil olması və iki NATO təyyarəsinin təcili olaraq ona çatmaq üçün yola düşməsi olub. Belə ki, tədbir zamanı məkana hərbçilər gələrək uçuş üçün hazırlaşmağa başlayıblar. Bu zaman hər iki rəsmi şəxsdən kənara çəkilmələri tələb olunub.
İspaniya Krallığının məlumatına əsasən, ölkənin iki "Eurofighter” hərbi təyyarəsi həyəcan siqnalı verildiyindən havaya qalxıb. İnsident barədə əlavə detallar açıqlanmayıb.
Hərbi təyyarələr bazanı tərk etdikdən sonra mətbuat konfransı davam edib.
Hadisənin görüntülərini isə "24 Horas” telakanalı paylaşıb. "Mundo” nəşri isə baş verənləri Baltik dənizi üzərində uçan təyin olunmamış Rusiya təyyarəsi ilə əlaqələndirir.
Hərbi bazanın məlumatına görə, bu, Rusiya təyyarəsinin adi uçuş fəaliyyəti olub. Hələlik bunun sərnişin və yaxud hərbi təyyarə olduğu məlum deyil.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib