• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc "Qərbi Zəngəzur" dəhlizindən DANIŞDI

Zahid Oruc "Qərbi Zəngəzur" dəhlizindən DANIŞDI
09.07.2021 12:05
İki gün əvvəl prezident İlham Əliyevin iqtisadi rayonların xəritəsini Vətən Müharibəsinin parlaq nəticələrinə uyğunlaşdıran qərarı tarixi irsə hörmət nümunəsidir, ona görə bir sıra xarici informasiya vasitələrində sənədə "siyasi yol xəritəsi” adının verilməsini məntiqi qarşılamlayıq. Konkret desək, "Şərqi Zəngəzur” terminini  Azərbaycanın itirdiyi tarixi ərazilərə iddiasının hüquqi aktı kimi qəbul edənlər oldu.
 
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc  Milli Məclisdə çıxışızamanı deyib.
 
 İlham Əliyevin hər bir addımı təkcə qonşu dövlətlər deyil, eləcə də uzaq paytaxtlarda maraqla izlənilir. Lakin biz ölkə rəhbərinin təkcə Xankəndinin, Xocalının, Xocavəndin daxil olduğu Qarabağa hədəfləndiyini deyil, daha böyük məqsədlərə, o cümlədən "Qərbi Zəngəzur” dəhlizinə qədər uzanan planlarına region dövlətlərinə ərazi iddiası deyil, bir vaxtlar "üç dəniz əfsanəsi” adlandırılan layihələrin davamı kimi baxmalıyıq.


Xatırladaq ki, Bakı-Tiflis-Ceyhanla və Cənub Qaz dəhlizi ilə iki qitə arasında etibarlı körpülər qurandan sonra, ölkəmiz dəmir yollarının yeni coğrafiyasını inşa edərək Avrasiyanı iqtisadi-ticarət yolları ilə bir-birinə bağlamağa nail olmuşdu.Bununla da İlham Əliyev son iki yüz ildə ilk dəfə ölkəmizi Rusiya və İran, Rusiya və Türkiyə, eləcə də Türkiyə və İran arasında tarixən məruz qaldığı savaş meydanına deyil, davamlı əməkdaşlıq və uzlaşma məkanına çevirməyi bacardı. Halbuki, üç dənizi birləşdirmək  planı nə qədər paradoksal olsa da dənizi olmayan ermənilərə məxsusdur-onlar Qara, Aralıq dənizinə və Xəzərə çıxış əldə etmək istəyirdilər, əvəzində indi dənizdən-dənizə planını İlham Əliyev özünün qurucu və strateji ağlı ilə heç bir qonşu dövlətə torpaq iddiası etmədən, bir-biri ilə soyuq savaşda olan dövlətləri belə siyasi coğrafiyası özündən böyük olan Azərbaycan ətrafında birləşdirərək həyata keçirir.


Ona görə də Gülüstan sarayında qalib ordu heyəti ilə görüş də, Ələt limanından Zəngəzura gedəcək yollar da, Fizuldəki hava limanı da dünyaya və ilk növbədə ermənilərə verilən  mesajdır: işğalçılıq planları ilə nə Aralıq və Qara dənizinə, nə də Xəzərə əliniz çatacaq.İndi ən başlıca vəzifəmiz, azad torpaqlarda görülən işlər haqqında hər gün Hərbi-Mülki Qərargah tərəfindən xalqımıza açıq məlumat verməkdir.Sonuncu Azərbaycan vətəndaşı doğma yurduna qayıdana qədər daimi fəaliyyət göstərən və qaynar xətti, fəal iş rejimi olan Qərargahın işini dayandırmamalayıq.Biz Qələbəmizi informasiya məkanını zəbt edən intriqalarla gözdən salmamalıyıq.

Bəli, İlham Əliyev bizi strateji ağlı ilə Qarabağa qaytardı, indi biz həmin ağılla türkə qardaş, yəhudiyə, ingilisə, rusa  dost, İrana özümüz kimi baxıb daha böyük hədəflərə köklənməyi bacarmalıyıq!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol