• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı rəsmi açıqlama

Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı rəsmi açıqlama
12.07.2021 20:25
"Bu barədə hələlik əlimizdə heç bir rəsmi məlumat yoxdur. Laçın şəhərindən yan keçəcək yeni "dəhliz” yolunun inşası haqda rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq”. 


Anews.az  xəbər verir ki, bunu hazırda Rusiyanın rəsmən sülhməramlı missiyalı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhərindən, eləcə də  bir neçə kəndimizdən yan ötəcək yeni "dəhliz” yolunun inşasına başlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərlə bağlı Moderator.az-ın sualına cavabında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli söyləyib.


"Hazırda işğaldan azad olunmuş torpaqlarımızda tikintisinə rəsmən başlanmış digər yolların çəkilişi isə davam edir” - deyə şöbə rəisi əlavə edib.


Qeyd edək ki, bəhs edilən mövzuda sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərdən belə çıxır ki, yeni "Laçın dəhlizi” yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri - Qayğı qəsəbəsi - Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla çəkilir. 


Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı  xalqa müraciətində  sözügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.


Dövlət başçısının müraciətindən həmin sitatı bir daha nəzərinizə çatdırırıq: 


"İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik” - deyə Prezident bildirib.


İlham Əliyev vurğulayıb ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq:


"Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol