Dağlıq Qarabağda erməni podpolkovnik həlak oldu

Mayın 25-də Dağlıq Qarabağ münaqişəsi zonasında Dağlıq Qarabağdakı separatçı rejimin “ordu”sunun podpolkovniki ölüb.APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, separatçıların “Müdafiə Nazirliyi” təmas xəttinin cənub istiqamətində Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində podpolkovnik Qarik Balayanın həlak olduğu haqda xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə APA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi atəşkəsi pozmur: “Atəşkəs rejimi hər dəfə düşmən tərəfindən pozulur və onlara cavab atəşi açılır. Deyilən fakta bizim aidiyyətimiz yoxdur. Bu, onların öz daxillərində olan problemlərdir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























