• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən Ali Məhkəmə ilə bağlı - Fərman

Prezidentdən Ali Məhkəmə ilə bağlı - Fərman
16.07.2021 19:49
Ali Məhkəmənin Aparatının strukturu yenidən müəyyən ediləcək.

Anews.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Sənədə əsasən, Ali Məhkəməyə tövsiyə edilib ki, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanunu ilə həmin Məcəlləyə Ali Məhkəmədə işlərə baxılma qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə alaraq və "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Ali Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil etmək üçün Ali Məhkəmənin Aparatının strukturunu yenidən müəyyən etsin.

Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Prezidentə təqdim etməlidir.

 "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanundan irəli gələn məsələləri həll etməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol