• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Ermənistanı Qafqazda şəxsi forpostuna çevirməyə çalışır

Fransa Ermənistanı Qafqazda şəxsi forpostuna çevirməyə çalışır
18.07.2021 18:00
"Bəzi məlumatlara görə Fransa və Ermənistan diplomatları Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı hüquqi qüvvədən salmaq üçün Yerevan, Paris və BMT-nin qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər. Bildiyiniz kimi, bu sənədi Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıblar. Bu Bəyanat bölgədəki müharibəni dayandırıb”.

"Report” xəbər verir ki, bu sözlər "Moskovskiy komsomolets” qəzetində nəşr edilən məqalədə yer alıb.

"Lakin bu sənədi imzalayan üç tərəfdən birinin bu gün başqa maraqları ola bilər. Diplomatik mühitə yaxın mənbədən verilən məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnaməsinə yenidən baxılması təklifi ilə yeni planın qəbul edilməsi imkanlarını nəzərdən keçirirlər. Dürüst olaq, əgər bu məlumat təsdiqlənərsə, gələcəkdə belə addımın atılması bütün dünya siyasəti üçün ağır nəticələrə səbəb ola bilər.

Bəlkə də rəsmi Paris, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsini qəbul edərək, "əsas skripka” rolunu oynayacağı status-kvo yaratmaq istəyir. Bundan əlavə, bu layihəyə görə, Fransız qoşunlarının yalnız Cənubi Qafqaza daxil olması və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi deyil, həm də Qarabağa girməsi ehtimalı nəzərdən keçirilə bilər. Bundan sonra nə olacağını təxmin etmək çətin deyil.

Bundan sonra Avropa İttifaqının digər dövlətləri orada, Napoleon əsgərlərinin nəsillərini izləmək istəməzmi?
Yeri gəlmişkən, Ermənistana xarici müdaxilə fikrini ilk səsləndirən Nikol Paşinyan idi və 17 iyul 2021-ci ildə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü zamanı da bu fikri yenidən təkrarladı. Qeyd etmək lazımdır ki, Mişel - Makron - Nikol Paşinyan sanki "populistlər ittifaqını” təmsil edir. Fransanın bu yolla Ermənistanı Zaqafqaziya bölgəsində şəxsi geosiyasi forpostuna çevirmək istəməsi mümkündür.
Fransanın ambisiyaları başa düşüləndir. Göründüyü kimi, Qarabağ müharibəsinin noyabr ayındakı nəticəsi və əsasən Vladimir Putinin səyləri sayəsində bağlanan üçtərəfli razılaşma, Emmanuel Makronun istəklərini təmin etmədi. İndi baş verənlər yalnız bölgəyə qayıtmaq və orada möhkəmlənmək cəhdləridir.
Aydın məsələdir ki, Rusiya diplomatiyası əsnəməməlidir. Rusiya, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, xüsusən də öz mənafelərini bu və ya digər şəkildə təsir edə biləcək qətnamələrə veto qoymaq hüququna malikdir.

Aydındır ki, bu oyunda Ermənistan baş naziri yalnız böyük siyasətin piyadası rolunu oynaya bilər. Böyük oyunçuların sonda bu cür piyadalarla necə davrandıqlarını da yaxşı bilirik” , - məqalədə qeyd olunub.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol