İlham Əliyev Davudoğlunu qəbul etdi

Prezident İlham Əliyev ölkəmizə səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. ANS PRESS-in məlumatına görə, görüşdə İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və Ukraynadakı böhranı müzakirə ediblər.Görüş zamanı Azərbaycanın türk coğrafiyasının mərkəzi olduğunu deyən Davudoğlu, Türkiyə, Azərbaycan və Türkmənistan arasında baş tutacaq olan iclasın ilk dəfə keçirildiyini və üçtərəfli zirvə görüşünün gələcəkdə genişləndirilərək davam etdiriləcəyini qeyd edib.İlham Əliyev isə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün iki ölkə arasındakı məsləhətləşmələrin daha sıx xarakter daşımasının vacibliyini vurğulayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























