• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyindən erməni polkovniklə bağlı açıqlama

Müdafiə Nazirliyindən erməni polkovniklə bağlı açıqlama
26.05.2014 11:48
Müdafiə Nazirliyindən erməni polkovniklə bağlı açıqlama veriblər.Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar. “KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir”.Qeyd edək ki, Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə istinadən Müdafiə Nazirliyində xidmət edən polkovnik Seyran Qafarovla bağlı məlumatları təqdim edir. Mərkəz bununla bağlı 2004-cü ilin mətbuatını araşdırıb. “Doktrina” JHAM İnformasiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Polkovnik Seyran Qafarovun hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi bildirilir. Atası milliyətcə azərbaycanlı Qafarov Nuru Bəkir oğlu 1924-cü ildə Şəkidə anadan olub. 1991-ci ildə vəfat edib və Şəkidə dəfn olunub.Anası milliyyətcə erməni Qafarova – Melkumova Şuşanik Gerasimovna 1925-ci ildə Şəkidə anadan olub, 1999-cu ildə Şəkidə vəfat edib və qəbri də oradadır.Həyat yoldaşı Qafarova – Abbasova Şərqiyyə Nəsrəddin qızı Gəncədə doğulub. Həyat yoldaşının atası Nəsrəddin kişi gəncəlidir. Anası isə Göyçayda doğulub.

Polkovnik Qafarov Bakı Ali Birləşmiş Komandirlər məktəbini bitirib. Moskvada SSRİ Silahlı Qüvvələrində xidmət edib. Frunze adına Hərbi Akademiyanı bitirib. 1990-cı ildə polkovnik rütbəsini alıb. Rusiya Silahlı Qüvvələrinin Zaqafqaziyada olan qoşunlar qrupu qərargahının əməliyyat idarəsi idarəetmə məntəqələri şöbəsinin rəisi vəzifəsində xidmət edib. 1998-ci ildə Rusiya SQ-dan tərxis olunub. 2000-ci ilin yanvar ayında Şəki hərbi komissarlığı tərəfindən Azərbaycan SQ-də xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2000-ci ilin dekabr ayının 7-dən 2001-ci ilin may ayının 5-dək SQ Baş İnspeksiyasının ümumqoşun şöbəsinin rəisi – müfəttiş vəzifəsinə təyin olunub. 2001-ci ilin may ayının 5-dən 2002-ci ilin may ayının 15-dək SQ-nin Baş İnspeksiyasının baş müfəttişi vəzifəsində xidmət edib. 2002-ci il mayın 15-dən 2011-ci ilə qədər Müdafiə Nazirliyinin Hərbi Elm Mərkəzinin hərbi-texniki şöbəsinin rəisi vəzifəsində xidmət edib.

Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi bildirilir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol