• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Paşinyanın KTMT təklifinə CAVAB VERDİ

Rusiya Paşinyanın KTMT təklifinə CAVAB VERDİ
29.07.2021 15:11
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır.


 "İnterfaks” xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.


"Bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir. Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və ya hər hansı digər səviyyədə təsdiq olunmaq üçün edilir”, - o deyib.


Komitə sədri hesab edir ki, Paşinyan əvvəlcə bu cür ideyaları öz səviyyəsində müzakirə edə bilərdi: "O KTMT-nin üzvüdür və bu təşkilata üzv ölkələrin, xüsusilə də narahatlığın olduğu Tacikistanın mövqeyini bilir. Bu səbəbdən daha ehtiyatlı davranmaq lazımdır”.


Onun sözlərinə görə, bu çox mürəkkəb, ciddi məsələdir və ilk növbədə, üç dövlət başçısı – Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir: "Əgər söhbət açıq şəkildə bəyan edilirsə bu daha çox siyasətdən xəbər verir. Yaxşı ki, Ermənistan və Azərbaycan sərhədində insidentlərin sayı hələlik azdır və bu insidentlər kiminsə kiməsə hücum etməsinin effekti deyil”.


Xatırladaq ki, daha əvvəl Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhəddi boyunca Monitorinq missiyası yerləşdirməyi təklif edib.


"KTMT-nin üzvü və sentyabrın 16-dan etibarən sədri olacaq Ermənistan təşkilatın təhlükəsizliyinə təhdid yaratmamaq, müttəfiq ölkələri hərbi əməliyyatlara cəlb etməməklə bağlı öz məsuliyyətini başa düşür. Ermənistan SQ tərəfindən hər hansı təxribatların olmasını rəsmi şəkildə istisna edirəm. Hesab edirəm ki, Ermənistan və Azərbaycan tərəfindən qarşılıqlı ittihamların həqiqiliyini müəyyən etməyin yollarından biri iki ölkə sərhəddi boyunca KTMT-nin Monitorinq missiyasının yerləşdirilməsi ola bilər”, - Paşinyan hökumətin iclasında deyib.


Onun sözlərinə görə, əks halda beynəlxalq ictimaiyyət tərəfindən tanınmış digər mümkün formatlardan, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrliyi formatından istifadə edilə bilər.(report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol