• $
  • €
  • ₽
  • ₺
  • £

Bahar Muradova: “Dünya isə bundan fərqli, əks nəticə çıxarır”

Bahar Muradova: “Dünya isə bundan fərqli, əks nəticə çıxarır”
24.05.2014 17:06

“ATƏT PA-nın bir neçə üzvü də işğal olunmuş ərazilərə səyahət etmişdi, adları “qara siyahı”da idi, bunun yanlış olduğunu anladılar, Azərbaycan dövlətinə müraciət etdilər, adları “qara siyahı”dan çıxarıldı”

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun AŞPA vitse-prezidenti Rene Rukenin işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etdiyi üçün Azərbaycana buraxılmaması ilə əlaqədar təşkilatın 2 il ərzində Azərbaycanda tədbirlərin keçirilməməsinə dair qərarına münasibət bildirib.

 

B. Muradova APA-ya açıqlamasında deyib ki, artıq Azərbaycanın AŞPA Nazirlər Komitəsinə sədrliyi başlayıb, AŞPA Daimi Komitəsinin və Bürosunun Bakıda toplantısı keçirilib: “Azərbaycanla bağlı məhdudiyyət xarakterli qərarın qəbul olunmasına gəlincə, kimlərsə bunu Azərbaycana münasibətlə bağlaya bilər. Ancaq bu, Avropa Şurasının Azərbaycana münasibəti ilə bağlı deyil. Azərbaycan işğala məruz qalan ölkədir, işğal olunmuş ərazilər üzərində suveren hüquqlarını reallaşdıra bilmir. Buna baxmayaraq, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri, Avropa Şurasının, müxtəlif ölkələrin rəsmiləri, parlamentariləri bu bölgəyə müntəzəm səfərlər edir, bununla da Azərbaycan qanunlarını, beynəlxalq konvensiyaları pozurlar. Azərbaycan da bu məsələlərə hər zaman prinsipial yanaşır, etirazını bildirir. Çıxış yolu kimi isə bu şəxsləri “persona non-qrata” elan edir, Azərbaycana viza verilməsinə qadağa qoyur. Bu, haqlı mövqedir. Həm də bununla dünya ictimaiyyətinin diqqətini təcavüzə, Ermənistanın işğalçılıq siyasətinə, separatizmə yönəltmək istəyirik. Çox təəssüf ki, dünya bundan fərqli, əks nəticə çıxarır. Təcavüzkarı dəstəkləyənə, təcavüzün nəticəsinin qəbul edilməsinə yönəlmiş səylərə, hərəkətlərə adekvat qiymət verməkdənsə, təcavüzə məruz qalanı cəzalandırırlar. Avropa Şurasının son qərarını da belə qiymətləndirmək olar. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərinə yenidən baxmalıdır”.

 

B. Muradova deyib ki, dünyada bu gün digər ölkələrin ərazi bütövlüyünü pozmaq cəhdləri, bununla bağlı konkret nəticələr var: “Ona görə də beynəlxalq təşkilatların mövqeyi anlaşılan deyil, kimi dəstəkləyirlər? Yeri gəlmişkən, işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən şəxslər bilərəkdən, yaxud bilməyərəkdən Azərbaycan qanunlarını pozubsa, sonradan Azərbaycan dövlətinə müraciət edib, bu addımlarının yanlış, hansısa səbəblə bağlı olduğunu bildirirlərsə, adları “qara siyahı”dan çıxarılır və Azərbaycana viza alırlar. Ancaq bəziləri nümayişkaranə şəkildə müraciət etməkdən yayınırlar. Beynəlxalq təşkilatlar üzvlərinin əhatə etdiyi ölkələrdə sərbəst, məhdudiyyətsiz hərəkətlərini əsas götürürlər, ancaq işğal olunmuş ərazilər arxa plana keçir. Getdikcə buna etirazlar da artır. Bir çox ölkə də Azərbaycanın mövqeyini dəstəkləyir. İnsanları inandırmaqla buna nail olmalıyıq”.

 

B. Muradova bu yaxınlarda ATƏT Parlament Assambleyasının Bakıda toplantısının keçiriləcəyini nəzərə çatdırıb: “Bu yaxınlarda ATƏT Parlament Assambleyasının Bakıda toplantısının keçiriləcək. ATƏT Parlament Assambleyasının bir neçə üzvü də müxtəlif vaxtlarda işğal olunmuş ərazilərə səyahət etmişdilər və adları “qara siyahı”da idi. Amma bunun yanlış iş olduğunu anladılar və ATƏT Parlament Assambleyasının işğal olunmuş ərazilərə səyahət edən üzvləri məktubla Azərbaycan dövlətinə müraciət etdilər. Adları “qara siyahı”dan çıxarıldı, bu şəxslərə Azərbaycana gəlmək üçün viza veriləcək. Digər təşkilatlarda olan insanlar da belə addım atsalar, problem qalmaz. Bu məsələ kəskin şəkildə qalxsa, biz ATƏT Parlament Assambleyasında parlamentarilərin davranış qaydalarına yenidən baxılması barədə məsələ qaldıracağıq”.

 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol