İlham Əliyev AŞPA-nın yay sessiyasında çıxış edəcək

Avropa İttifaqı Parlament Assambleyasının yay sessiyasında Azərbaycan prezidentinin çıxışı planlaşdırılıb.Oxu.Az Novosti-Azerbaydjan-a istinadən xəbər verir ki, 23-27 iyun tarixində Strasburqda AŞPA-nın yay sessiyası olacaq, bu sessiyada Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov çıxış edəcək, bu barədə AŞPA-da bildirilib. Öz çıxışında Azərbaycan prezidenti Azərbaycanın Aİ nazirlər komitəsində sədrliyi dövründə fəaliyyət planına dair mövqeyini, üzərinə götürdüyü məsuliyyətlərini, gördüyü və qarşıda olan işlərdən eləcə də mövcud problemlərdən danışacaq.Azərbaycanın Aİ nazirlər komitəsində sədrliyi may ayının 14-dən başlayıb. Noyabr ayında sədrlik Azərbaycandan Belçikaya keçəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























