• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Dağlıq Qarabağ münaqişəsi bir gecədə həll ola bilməz”

Nazir: “Dağlıq Qarabağ münaqişəsi bir gecədə həll ola bilməz”
28.05.2020 20:26
Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov parlamentarların suallarını cavablandırıb.APA-nın məlumatına görə, REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına toxunan Elmar Məmmədyarov  deyib ki, məhkəmə proseduru hüquqi prosedurlar çərçivəsində keçiriləcək. İnsan hüquqları barədə iradlara münasibət bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycanda insan hüquqları ilə bağlı daha çox işlərin görülməsinin zəruriliyini qəbul edir: “İnsanların fəlsəfəsini, düşüncəsini dəyişmək vacibdir. Əsas prosesin başlanmasıdır və sizi inandırıram ki, Azərbaycanda bu proses başlayıb”. Xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik vasitələrin tükənmədiyinə inandığını dilə gətirib: “Madrid təklifləri çox real təkliflər idi, addım-addım irəli gedə bilərdik. Bu münaqişə bir gecədə həll oğluna bilməz, dərin münaqişədir. Qaynar müharibənin nəticələri aradan qaldırılmalı, daha sonra insanlar arasında etimad mühiti yaradılmalıdır. Ən mühüm təhdid Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. İlk növbədə Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılmalıdır. O yerlərdə heç vaxt ermənilər yaşamayıb. Daha sonra kommunikasiya bərpa edilməlidir. Bu tərzdə yanaşma mühümdür. Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə olması qıcıqlandırıcı amildir”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol