• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-nın Bakıda keçirilən iclasında gərginlik - Spiker AŞPA sədrinə qəzəbləndi

AŞPA-nın Bakıda keçirilən iclasında gərginlik - Spiker AŞPA sədrinə qəzəbləndi
23.05.2014 10:22

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin bu gün keçirilən növbəti iclası gərginliklə başlayıb. AzNews.az-ın məlumatına görə, AŞPA-ya üzv dövlətlərin nümayəndə heyətləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, sözügedən qurumun prezidenti Ann Brössor, MM-in sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ilk olaraq AŞPA-nın prezidenti Ann Brössor çıxış edib. O, Ukrayna məsələlərindən söz açaraq bildirib ki, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasının dəstəklənməsi qurumun başlıca prinsiplərindən biridir. “Biz Avropa Şurasına daxil olan ölkələrin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunması prinsipini dəstəkləyirik. Biz həmçinin AŞPA-nın üzvü kimi Azərbaycanın da ərazi bütövlüyünü tanıyırıq. Demokratiya və qanunun aliliyi prinsipi ilə biz təşkilatımızı gücləndirə bilərik. Ona görə AŞPA-nın Nazirlər Kabinetinə sədrlik edən ölkələr öz fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalı və islahatları gücləndirmək lazımdır. Sərbəst toplaşmaq , ifadə azadlığı, korrupsiya qarşı sahəsində Azərbaycanda islahatları gücləndirməlidir. Bu məsələlərə təcili məşğul olunmalıdır. Məhkəmələrin Azərbaycanda ədalətli keçirilməsi ilə bağlı problemlər var. Junalistlər bloggerlər etibarlı mənbədən aldığımız məlumata görə, təqiblərə məruz qalırlar. Bu üzv olan ölkələrdə narahatlıq doğurur. Mən dünən İlam Əliyevlə bu barədə danışmışam. İlqar Məmmədov və digər məhbus şəxsləri görmək istədim. Mən bu məsələni prezidentlə də müzakirə etdim. O mənə bildirdi ki, yaxın zamanlarda onu görəcəm. Dünən Avropa İnsan haqları Məhkəməsi onun təqsirsizlik prezumpsiyasını tanıdı. Problemlər öz -özünə həll edilmir. Təkidlə qeyd edirəm ki, həll yollarını birlikdə tapaq. Hesab edirəm ki, hakimiyyət dairələri təcili konstruktiv şəkildə həll edəcəklər. Bzim üzvlərimizdən birinin vizası ləğv olunub. Fransadan olan AŞPA vitse prezidenti Rockerin vizasının ləğv olunması üzv dövlətlər arasında narahatlıq doğurub. Bizim birgə prinsiplərimzidə bu məsələ yoxdur. Ona görə də biz qərara aldıq ki, iki il ərzində komitə iclasları Azərbaycanda keçirilməsin”.Bu çıxışdan sonra söz alam spiker Oqtay Əsədov əsəbi danışıb. O qeyd edib ki, AŞPA Ermənistanın təcavüzü, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər “persona non-qrata” elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq”. ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol