• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: “Bu qərardan itirən Azərbaycan yox, AŞPA olacaq”

Millət vəkili: “Bu qərardan itirən Azərbaycan yox, AŞPA olacaq”
29.05.2020 05:23
"Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclasında qurumun vitse-prezidenti, fransalı deputat Rene Rukenin Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərə görə ölkəmizə buraxılmaması müzakirəyə çıxarılıb və təşkilatın iki il ərzində komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını keçirməmək barədə qərar qəbul edilib”. APA-nın xəbərinə görə, bunu millət vəkili Azay Quliyev bildirib. A.Quliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın işğalçılıq siyasətini pisləyən AŞPA-nın belə bir qərar verməsi təəssüf doğurur: “Bu qərar ədalətli hesab edilə bilməz. Çünki Azərbaycan BMT tərəfindən rəsmən tanınmış sərhədlərinin kiminsə kobud şəkildə pozmasına və hər hansı bir şəxsin öz ərazisinə qanunsuz daxil olmasına biganə qala bilməz. Bu cür sərhəd pozucularının cəzalandırılması və adlarının «qara siyahı»ya salınması təbii qarşılanmalıdır. Belə bir addımın atılması Avropa Şurasının bütün üzv ölkələri kimi Azərbaycanın da suveren hüququdur və ilk dəfə deyil ki, ölkəmiz belə şəxslərlə bağlı prinsipal mövqe sərgiliyir”. Millət vəkili xatırladıb ki, bu yaxınlarda ATƏT Parlament Assambleyasının (PA) Almaniya və Fransadan olan bəzi deputatları da eyni hərəkətə yol verdikləri üçün gələn ay Bakıda keçiriləcək 23-cü sessiyada iştirak etmək məqsədilə viza almaq tələblərinə rədd cavabı alıblar: “Lakin AŞPA-dan fərqli olaraq ATƏT PA Bakıda keçirəcəyi tədbiri təxirə salmadı və uzun müzakirələrdən sonra Azərbaycanın haqlı tələbini qəbul etdi. Həmin deputatlar Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfərin qanunsuz olduğunu etiraf etdilər və ölkəmizdən rəsmən üzr istədilər. Onların üzürxahlığı nəzərə alındı və sessiyada iştirak etmək üçün viza istəkləri təmin edildi. Belə bir qərarın qəbulundan həm Azərbaycan, həm də ATƏT PA qazandı”. A.Quliyev AŞPA-nın bürosunun belə bir addım atmamasından təəssüfləndiyini bildirib: “Ancaq keç kimin şübhəsi olmasın ki, Avropa Şurasına sədrlik etdiyi dövrdə xüsusi məqsədlərə hesablanmış belə bir qərarın qəbul edilməsindən Azərbaycan heç nə itirməyəcək. İtirən tək tərəf varsa, o da AŞPA-nın özü olacaq”.ANN.Az 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol