• $
  • €
  • ₽
  • ₺
  • £

“Deyirlər ki, müharibə yenidən başlaya bilər…” - Tofiq Zülfüqarovdan ŞƏRH

“Deyirlər ki, müharibə yenidən başlaya bilər…”  - Tofiq Zülfüqarovdan ŞƏRH
12.08.2021 18:00
Son günlər Ermənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur. Belə ki, Ermənistan hərbçilərinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşınması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunur.
 
 
Ötən gün Azərbaycan tərəfi son hadisələrlə bağlı etirazını bildirdi. Müdafiə Nazirliyi 10 noyabr bəyanatından keçən son 9 ayda ilk dəfə olaraq rus sülhməramlılarına xəbərdarlıq etdi. Bildirildi ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Əks halda Azərbaycan adekvat tödbərilər görmək məcburiyyətində qalacaq.
 
Müdafiə Nazirliyinin rus sülhməramlılara xəbərdarlığının nəticəsi nə olacaq? Azərbaycan təxribatlara necə cavab verəcək?
 
Mövzu ilə bağlı Modern.az-ın suallarını Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb.
 

Onun sözlərinə görə, MN-nin bəyanatı ona görə maraq kəsb edir ki, indi bu proses hər kəsin diqqətindədir:
 

"Azərbaycanda müvafiq orqanlar hər zaman sülməramlılarla əlaqə saxlayırdı. Bu və digər məsələlər müzakirə olunub, hansısa mövzular həllini tapırdı. Amma bu bəyanat ona görə maraq kəsb edir ki, indi bu proses hər kəsin diqqətindədir, yəni ictimaiyyətə orada olan problemlər maraqlıdır. Əslinə qalsa, Azərbaycan ərazisindən onların çıxarılması çoxdan gündəmdədir. Hətta Ermənistan mətbuatında belə məlumat vardı ki, mart ayından ratasiya üçün hərbçiləri göndərmirdilər. Görünür ki, bu, hansısa müddətdən sonra baş verib. Artıq Azərbarbaycan Müdafiə Nazirliyi öz iradını bildirib. Hesab etmək olar ki, bu prinsipial məsələdir. Birbaşa Laçın dəhlizinin fəaliyyəti ilə bağlıdır. İctimaiyyət tələb edir ki, dəhlizə Azərbaycan tərəfi nəzarət etsin. Bundan başqa, Ermənistanın Zəngəzur dəhlizinin açılmasından imtina etməsi prosesləri daha da sürətləndirdi. Bu mövzu artıq gündəmdədir”.
 
Sabiq XİN rəhbəri Azərbaycanın müzakirələrdə söz sahibi olduğunu əlavə edib:
 
 
"Proseslər bizim ərazimizdə baş verir, Ermənistan açıq şəkildə bəyanatın bəzi bəndlərindən imtina edir. Bu baxımdan mövzuya yenidən qayıtmaq və həll etmək Azərbaycanın əsas maraqlarından biridir.

Bəzən deyirlər ki, guya müharibə başlaya bilər və s. Mən doğrusu belə şayiələrə inanmıram. Çünki müharibə üçün hansısa ehtiyac yoxdur. Azərbaycan bu məsələni siyasi yolla həll etməyə qadirdir. İnanmıram ki, bu məsələdə Rusiya tərəfi ciddi maneələr törətsin. Ən azı mövzuya aid görüş ola bilər. Görüşün nəticəsində bu və digər şəkildə məsələnin həlli tapılacaq”.
 
Müharibədə ağır məğlubiyyətdən sonra Ermənistanın arxayınlaşmasının səbəbi nədir?
 
Tofiq Zülfüqarov suala cavab olaraq bildirib ki, Ermənistan yeni şəraitdə siyasətini dəyişmək istəyir:
 
"Artq seçkilərdən sonra Ermənistanın siyasi elitası baş qaldırıb. Müxtəlif bəyanatlarla gündəmə gəlirlər. Bu kimi şeylər onu göstərir ki, onlar öz siyasətini artıq formalaşdırıb. Səbəb Azərbaycana qarşı olan ərazi iddialarının davam etdirilməsidir.Amma digər şəraitdə orada olan erməni əhalisinin revanşist meyillərini daha da gücləndirməyə çalışırlar. Azərbaycanın niyyəti budur ki, Ermənistanın hərbi cinayətinə, təcavüzünə son qoyulsun, işğalçı ordu ərazimizi tərk etsin.

Görünür ki, ermənilər üzərlərinə götürdükləri öhdəliklərdən qaçmaq istəyirlər. Təbii ki, biz bunu qəbul etməyəcəyik. Bu variant mümkün deyil, çünki qüvvələr nisbəti fərqlidir. Onların arxayın olduqları Rusiya və digərləri də o fikirdə deyillər ki, ermənilərə dəstək versinlər. Hansısa propaqanda üçün döyüşlər və s. barədə fikirlər səslənə bilər. Hər halda Azərbaycan qarşı tərəfə layiqli cavab vermək gücündədir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol