• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən azad olunmuş ərazilərlə bağlı yeni sərəncam

Prezidentdən azad olunmuş ərazilərlə bağlı yeni sərəncam
12.08.2021 16:10
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərman imzalayıb.
 
Fərmanla Nazirlər Kabinetinə iki ay müddətində "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini (bundan sonra – reyestr) yaratması tapşırılıb.
 
1.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etsin;
 
1.3. işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etsin;
 
1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
2. Müəyyən edilsin ki:
 
2.1. reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
 
2.2. bu Fərmanın 1.3-cü bəndinə əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.
 
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi:
 
3.1. bu Fərmanın 2.2-ci bəndindən irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin;
 
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol