• $
  • €
  • ₽
  • ₺
  • £

Etibar Məmmədovdan AÇIQLAMA: "Jirinovski zorlanmış adamdır, LGBT-nin üzvü olmalı idi"

Etibar Məmmədovdan AÇIQLAMA: "Jirinovski zorlanmış adamdır, LGBT-nin üzvü olmalı idi"
13.08.2021 16:56
"Düşünmürəm ki, Jirinovskiyə Rusiya Federasiyasının mövqeyini bildirmək səlahiyyəti verilsin. Lakin ona bu cür açıqlamalar vermək imkanı verilirsə, demək hakimiyyətdə olan müəyyən qüvvələr də onun bu çıxışlarında maraqlıdırlar. Bütövlükdə Jirinovskinin mövqeyi Rusiyanın fikirləri olmasa da, onun bu mövqeyini müdafiə edən və qızışdıran qüvvələrin mövcudluğu dəqiqdir”. 

Bu sözləri Demokrat.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov bildirib.

O, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi ifadələr və İsfəndiyar Vahabzadənin ona cavab verməsi barədə danışıb:

"Jirinovski ilk dəfə deyil ki, bu cür açıqlamalar verir. O, təkcə Azərbaycanla bağlı deyil, həm də başqa dövlətlər və millətlər haqda da bu cür çıxışlar edib, təhqiramiz ifadələr səsləndirib. Jirinovski bu cür çıxışları səbəbilə mənəvi və fiziki təzyiqə məruz qalıb, Dumada döyülüb, lakin öz tərbiyəsizliyini davam etdirir. Ona görə də, ona cavab verilməli idi. Jirinovski Vahabzadənin haqqında işlətdiyi "donuz” adına da layiq idi, ancaq onunla birlikdə hansısa milləti təhqir etmək doğru addım deyildi. Ona cavab verilməsi, təhqir edilməsi düzgündür, mən də bunu müdafiə edirəm”. 

Etibar Məmmədov Jirinovskinin bu cür hərəkətlərinin ilk olmadığını, hər kəsin onun həyat və fəaliyyətindən xəbərdar olduğunu da qeyd edib:

"Mən Jirinovskinin həyatını bilirəm, Türkiyədə hansı vəziyyətdə həbs olunub, onu da bilirəm. Jirinovski zorlanmış adamdır, gərək LGBT-nin üzvü olmalı idi.
 
Onu həbs edən zabitlə də söhbət etmişəm, necə ittiham olunduğunu eşitmişəm. Onun türklərə qarşı nifrəti də zorlanmasından qaynaqlanır, amma yaxşılığı da unutmamalıdır. Onu həbsdən Arif Heydərov azad elətdirdi. Ən azından bunu unutmamalı idi. Mən də vaxtilə Jirinovskiyə, onun təhqirlərinə cavab vermişəm. Amma o, elə bir insandır ki, sonradan məktub yazıb məni qurultaya dəvət etdi. Mən də cavab məktubundan bildirdim ki, nə qədər ki o ordadır, öz mövqeyini dəyişməyib, üzr istəməyib, heç bir dialoqa girmərəm”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol