Sabiq səfirə qarşı yeni ittihamlar irəli sürülüb

Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova qarşı irəli sürülən yeni ittihamlar məlum olub.
Eldar Həsənov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunur.
Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























