• $
  • €
  • ₽
  • ₺
  • £

“Prezidentin “CNN Türk”ə müsahibəsində toxunduğu məsələlər ciddi siqnaldır”

“Prezidentin “CNN Türk”ə müsahibəsində toxunduğu məsələlər ciddi siqnaldır”
16.08.2021 19:25
"Prezident İlham Əliyevin iyulun 14-də nüfuzlu "CNN Türk” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikir və mülahizələr siyasi qətiyyətin ortaya qoyduğu sarsılmaz mövqedir. Müsahibədə bir tərəfdən Azərbaycanın müstəqil siyasətinin dəyişməz olduğu diqqətə çatdırılır, digər tərəfdən isə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin yaratdığı imkanlar təhlil edilir.

Bütövlükdə Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan mehriban qonşuluq və səmimi dostluq strategiyasına sadiq olmaqla bərabər, sərhədlərini və təhlükəsizliyini qorumaq qüdrətinə malikdir”.

"Qafqazinfo” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Açıqlamasında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə tüğyan etmiş meşə yanğınlarının qarşısının alınmasında göstərdikləri fədakarlığa da geniş yer ayıran, göstərilən dəstəyi və yardımı əsl qardaşlıq nümunəsi kimi səciyyələndirən diplomat deyib:

"Azərbaycanlı qardaşlarımızın "yaşıl vətən”imizin qorunmasında göstərdiyi fədakarlıq Türkiyədə böyük qürur və sevinc hissi ilə qarşılandı. Bütün dünyanın meşə yanğınları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan bu sahəyə aid texnika və canlı qüvvəsinin əsas hissəsini qardaş köməyinə göndərdi.

Prezident İlham Əliyevin dediyi kimi, "onlara (yanğınsöndürənlərə) hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi”. Bəli, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlində milli dəyərlər dayanır. Münasibətlərimizin dinamik inkişafı bütün parametrləri ilə xoşməramlıdır. Azərbaycan və Türkiyənin yanında dayanan hər kəs bu münasibətdən ancaq fayda görür.
Ermənistanın 2020-ci ilin yayında törətdiyi Tovuz təxribatlarını xatırladan Hulusi Kılıç deyib: "Reallığı, gerçək vəziyyəti dərk etmək və nəticə çıxarmaq ağıl tələb edir.

Təəssüf ki, saxta ideologiya erməni toplumunun, eləcə də Ermənistan rəhbərliyinin beynini zəhərləyib. Onlar tarixin heç bir dövründə gerçəklərdən nəticə çıxarmayıblar. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtləri beynəlxalq öhdəlikdir.

Çünki bu Bəyanat bütün dünyanın gözü qarşısında götürülmüş öhdəliklər əsasında imzalanmış sənəddir. Ona görə də Ermənistan vaxtı itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində qəti addımlar atmalı, öhdəliklərini yerinə yetirməlidir. Əks halda, hər gün bir ərazidə atəşkəsi pozmağın bütün məsuliyyəti Ermənistanın üstünə düşür”.

O əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin "CNN Türk” telekanalına verdiyi müsahibədə toxunulan məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr, həmçinin beynəlxalq təşkilatlar üçün ciddi siqnal olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol