• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Azərbaycan və Ermənistana - Çağırış

Rusiyadan Azərbaycan və Ermənistana - Çağırış
19.08.2021 21:27
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsi Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O deyib ki, Bakı və Yerevanla ən yüksək və yüksək səviyyədə təmaslar mütəmadi olaraq həyata keçirilir.

"Yay dövründə Rusiya Prezidentinin iyulun 7-də Ermənistanın baş naziri ilə, 20-də isə Azərbaycan Prezidenti ilə görüşləri keçirilib. Xarici siyasət, müdafiə və sərhəd idarələri xətti ilə lazımi iş aparılır. Əlbəttə ki, səfirliyimiz fəal işləyir”, - deyə M.Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, tərəflər məsələləri müzakirə edir və qərarlar verilir.

"Bildiyiniz kimi, təhlükəsizlik məsələləri də daxil olmaqla, xüsusi həssaslıq nəzərə alınmaqla, bəzi məsələlərin müzakirəsinin təfərrüatları heç də hər zaman ictimaiyyətə açıqlanmır. Çünki, bu, davamlı nəticəyə nail olunmasına, həqiqətən də, mane ola bilər”, - deyə diplomat bildirib.

M.Zaxarova həm Bakıda, həm də Yerevanda, ümumilikdə, tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Qarabağda yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin, Rusiyanın sabitləşdirici rolunu yüksək qiymətləndirdiklərini qeyd edib.

"Sülhməramlılarımızın ərazidəki hərəkətləri sayəsində bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb və nisbətən sakit olaraq qalır. Evlərinə qayıdan qaçqınlarla bağlı məlumatlar mütəmadi olaraq ölkəmizin Müdafiə Nazirliyinin saytında yerləşdirilir.
 
Ayrı-ayrı hadisələrin işçi qaydada operativ şəkildə həllinə nail olunur. Onların ortaya çıxmasının səbəbi, heç şübhəsiz, Bakı ilə Yerevan arasındakı münasibətlərdə etimadın çatışmazlığıdır.
Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli yaxşılaşmasının tərəfdarıdır və əlbəttə ki, biz bu mövqeyi, o cümlədən ən yüksək və yüksək səviyyədə Bakıya və Yerevana çatdırırıq.

Hər iki tərəfi humanitar sahədə mövcud olan qarşılıqlı qıcıqlandırıcı amilləri ən qısa zamanda aradan qaldırmağa, "hər kəsi hər kəsə” formul üzrə hərbi əsirləri və tam həcmdə mina sahələrinin xəritələrini dəyişməyə çağırırıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
M.Zaxarova ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb ki, uzunmüddətli həlli yolu sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqların başlanmasıdır.
"Biz bu prosesə lazımi məsləhət yardımı göstərməyə hazırıq”, - deyə o əlavə edib.
"Rusiya, Azərbaycan və Ermənistanın baş nazirləri müavinlərinin həmsədr olduğu üçtərəfli işçi qrupuna gəldikdə, çox güman ki, artıq gördüyünüz kimi, onun avqustun 17-də fəaliyyətini bərpa etdiyi barədə məlumatlar dərc edilmişdi.
İclas Moskvada keçirilib, müvafiq məlumatlar Rusiya Federasiyası Hökumətinin saytında yerləşdirilib. Biz məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail oldular”, - deyə diplomat sözünü yekunlaşdırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol