• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya səfirliyindən vətəndaşlığın verilməsi ilə bağlı açıqlama

Rusiya səfirliyindən vətəndaşlığın verilməsi ilə bağlı açıqlama
21.05.2014 16:45
Rusiyanın Azərbaycandakı səfirliyi çoxsaylı müraciətlərlə əlaqədar Rusiya vətəndaşlığının verilməsi proseduruna edilən dəyişikliklərlə bağlı məlumat yayıb. APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq dəyişikliklər Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur. Əsas şərtlərdən biri odur ki, həmin şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməlidir. Yeni qanun həmçinin özünün ya yaxın qohumlarının vaxtilə Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə aiddir.  Xarici vətəndaşın yaxud da vətəndaşlığı olmayan şəxsin rus dilini hansı səviyyədə bilməsi xüsusi komissiya tərəfindən müsabiqə yolu ilə müəyyən edilir. Bu komissiya Rusiya Federal Miqrasiya Xidməti tərəfindən yaradılır. Əslində bu yeniliklər Azərbaycan əsilli şəxslər üçün nə vəd edir? Əgər əvvəllər müvəqqəti ya daimi yaşayış icazəsi əsasında Rusiyada yaşayan Azərbaycan vətəndaşı (milliyyətindən asılı olmayaraq) müəyyən illər ötdükdən sonra Rusiya vətəndaşlığını ala bilirdisə, yeni qaydalara əsasən həmin şəxs rus dili daşıyıcısı kimi tanındıqdan dərhal sonra Rusiya vətəndaşlığını almaq üçün müvafiq orqana müraciət edə bilər. Belə olan halda Azərbaycan vətəndaşlığından imtina mütləqdir. Qanuna edilmiş dəyişikliklər həmçinin Rusiya Federasiyasından kənarda yaşayan, vaxtilə özləri yaxud yaxın qohumları Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə Rusiya vətəndaşlığını almaq imkanı verir. Belə olan halda Azərbaycan vətəndaşı Rusiyaya gəlməli, müvafiq komissiya tərəfindən təşkil olunan müsabiqədən (rus dili bilikləri səviyyəsinin yoxlanılması) keçməli və vaxtilə özünün yaxud yaxın qohumlarının Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşadığını təsdiq edən sənədləri təqdim etməlidir. Rusiya vətəndaşlığını əldə etmək istəyən şəxs lazımi sənədlərin toplanması ilə özü məşğul olmalıdır. Bütün prosedurlardan uğurla keçəcəyi təqdirdə, Azərbaycan vətəndaşı Rusiyada 3 il müddətinə yaşamaq hüququ verən sənəd əldə edir. Növbəti 2 il ərzində həmin şəxs Rusiya vətəndaşlığına qəbul üçün müraciət etməlidir. Bu halda Azərbaycan vətəndaşlığından çıxmaq mütləqdir. Rusiya vətəndaşlığının verilməsi proseduruna edilmiş bu dəyişikliklər yalnız Rusiya ərazisində Federal Miqrasiya Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Rusiyanın xaricdəki konsulluq nümayəndəlikləri isə Rusiya vətəndaşı olmaq istəyən aşağıdakı şəxslərdən müraciətlər qəbul etməkdə davam edir:ən azı valideynlərdən biri Rusiya vətəndaşı olmalı və Rusiya ərazisində yaşamalı;SSRİ vətəndaşlığına malik olmuş, SSRİ tərkibinə daxil olan respublikalarda yaşamış və yaşamaqda davam edən, bu ölkələrin vətəndaşlığını almayan və nəticədə vətəndaşlığı olmayan şəxslərə çevrilmiş insanlarSSRİ tərkibinə daxil olmuş respublikaların vətəndaşları olan, 2002-ci ilin iyulun 1-dən sonra Rusiyanın təhsil müəssisələrində orta yaxud da ali peşə təhsili almış şəxslər. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol