• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti Şanxay Zirvə Toplantısında çıxış edib

Azərbaycan prezidenti Şanxay Zirvə Toplantısında çıxış edib
21.05.2014 12:17
 Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısı keçirilib.Azərbaycan prezidenti İlham Əliyev zirvə yoplantısında iştirak edib. APA-nın məlumatına görə, zirvə toplantısı dövlət və hökumət başçılarının Şanxay Ekspo Mərkəzində qarşılanma mərasimi ilə başlayıb. Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısının birinci iclası keçirilib.ÇXR sədri Si Cinpin dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıb. O bildirib ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq iştirakçı ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır. Si Cinpin müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirib, Qətərin və Banqladeşin müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırım. O, zirvə toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğulayıb. Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə bildirib ki, bu müşavirə 4 milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxunub. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyev də iclasda çıxış edib. “Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 24 üzvü var. Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol