“İranla sərhəddə əlavə tədbirlər görürük” -Prezident

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kriakos Mitsotakis arasında telefon danışığı olub.
Anews.az xəbər verir ki, görüşdə regional mövzular, xüsusilə Əfqanıstandakı son hadisələr, miqrant mövzusu və ikitərəfli əlaqələr müzakirə edilib.
Türkiyə lideri Əfqanıstanda bir keçid dövrü qurulmayacağı təqdirdə, artıq yüksək səviyyələrə çatan miqrasiya təzyiqinin daha da artacağına və bu vəziyyətin hər kəs üçün ciddi bir problem yaradacağına diqqət çəkib.
Avropa İttifaqının Əfqanıstanda və qonşu ölkələrdə, xüsusən İranda əfqan xalqına kömək etməli olduğunu ifadə edən Ərdoğan lazımi tədbirlər görülməzsə, yeni bir köç dalğasının qaçılmaz olduğunu və İranla təmasda olduqlarını söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























