• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfiri 1918-ci ildə Qubada baş verənlərdən danışdı

ABŞ səfiri 1918-ci ildə Qubada baş verənlərdən danışdı
20.05.2014 20:09
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 30 dövlətin diplomatik nümayəndəliklərinin təmsilçiləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. APA-nın yerli müxbirinin xəbərinə görə, diplomatlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında gördüklərinin dünya təcrübəsində acı bir tale olduğunu deyib: “1918-ci ildə baş verən faciə haqqında məlumatım var. Bu, azərbaycanlıların tarixində ən böyük faciələrdən biridir”. İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın insanlığa qarşı bütün cinayətlərin əleyhinə olduğunu söyləyib: “Təbii ki, bu ərazi Azərbaycanın faciəvi tarixi əks etdirən ərazidir və burda çox gözəl şərait yaradılıb ki, gələcək nəsillər bu barədə məlumatsınlar”. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun bildirib ki, Türkiyə və Azərbaycan tarixinin təhrif edilməsinə ciddi şəkildə birgə mübarizə aparmağın vaxtı çatıb: “Bir neçə il öncəyə qədər Türkiyə bu iş tək görürdü. İndi isə yanımızda çox güclü qardaşımız var. Biz tarixi təhrif etmirik, biz dünyaya yaşananları və həqiqəti çatdırmağa çalışırıq. Və yaşananları təhrif edərək öz tarixlərini yazmağa çalışanların da anlatdıqlarının doğru olmadığını anlatmağa çalışırıq”. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz səfərin təşkilinə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib. Qubada ermənilərin  törətdikləri soyqırım zamanı yəhudilərin də öldürüldüyü barədə məlumatının olub-olması barədə sualı diplomat “mənim bu tarixdən xəbərim var” deyə cavablandırıb. O, yəhudilərin tarix boyu azərbaycanlılarla birgə yaşadığını və Azərbaycanda bütün dünyaya nümunə ola biləcək tolerantlığın mövcudluğunu söyləyib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol