Milli Məclisin növbədənkənar sessiyasının vaxtı müəyyənləşdi

Milli Məclisin növbədənkənar sessiyasının vaxtı bəlli olub. Belə ki, parlamentin yaz sessiyası öz işini başa vurandan sonra növbədənkənar sessiyası çağırılacaq. Parlamentin sonuncu iclası mayın 30-da baş tutacaq. Bundan sonra yaz sessiyasının vaxtı uzadılacaq.Modern.az-a Milli Məclisdən verilən məlumata görə, növbədənkənar iclası iyun ayının 13-də baş tutacaq. Qeyd edək ki, növbədənkənar sessiyanın çağırılması üçün parlament üzvlərinin 3-də ikisinin yazılı müraciəti tələb olunur. Artıq bununla bağlı deputatlar Milli Məclis sədri Oqtay Əsədova müraciət qəbul ediblər. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























