Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək, bu barədə report məlumat yayıb.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il sentyabrın 30-u cümə axşamına düşdüyündən, yəni iş günü olduğundan sessiyanın ilk iclası da həmin tarixdə baş tutacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib