• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşmüş hərbçinin atası: "Əli Nağıyevdən başqa heç kim kömək etmir"

İtkin düşmüş hərbçinin atası: "Əli Nağıyevdən başqa heç kim kömək etmir"
01.09.2021 13:48
İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşmüş baş leytenant İbrahib Əlizadənin atası Səməd Əlizadə Murova dağa gedərək oğlunun əşyalarını tapıb. Bu barədə anews.az-a Səməd Əlizadə açıqlamasında bildirib.
 
"Mənim oğlum N saylı hərbi hissənin həmlə taborunda xidmət edirdi. Murov döyüşlərinin iştirakçısı olub. Az qala 1 il tamam olur. Aidiyyatı bütün dövlət qurumlarına müraciət etmişik. İndi bütün psixologiyam pozulub və xəstəxanadayam. Hər yola əl atdıq, maraqlandıq. Kimsə ayranına turş demək istəmir. Bilmirəm nə edim. Vaxt var idi deyirdilər, qarın altındadı. Qar da əridi. Mən də soruşuram, bəs indi qar əridi, daha nə deyəcəksiz?", - deyə o, söyləyib. 

Səməd Əlizadə fevralın 8-dən sırf oğlunun axtarışı ilə məşğul olmaq üçün Naxçıvanın Şərur rayonundan  Bakıya gəlib. Prezidentin qəbulundan başqa demək olar ki, bütün  qurumlarda olub.  Müdafiə Nazirliyində, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasında, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində, deputatlardan  - Qənirə Paşayeva, Adil Əliyev, Zahid Orucun qəbulunda olan Səməd Əlizadə bir nəticə əldə edə bilməyib. 
 
Səməd Əlizadənin sözlərinə görə, onlara DTX rəisi Əli Nağıyev kömək edib. 28 nəfər itkindən 21 nəfər barədə məlumat öyrənmək mümkün olub.
 
"Mən Əli Nağıyevlə, Zakir Həsənovla, Xanlar Vəliyevlə görüşmüşəm. Zakir Həsənov dedi yaxşı olar, başqa heç nə. Amma əməldə köməyi Əli Nağıyev etdi. 
Biz Xanlar Vəliyevə müraciət etdik ki, gedən döyüşlərdə səhvlər olub, niyə bəzi şəxslər cəzalandırılmır? Niyə bizim uşaqları boşuna ölümə veriblər? O da dedi ki, vaxtı çatanda hamısı öz yerini tapacaq. Biz tam aydınlaşdırandan sonra onlara iş kəsiləcək", -  deyə Səməd Əlizadə qeyd edib.

"Mənim oğlum ilk döyüşə girən olub. Həmin ərəfədə onun təminatı bitib. Rabitə ilə kömək istəyib, ona silah göndərilməyib. Özüm şəxsən Murova gedib qoruyucu jiletini, silahını, hərbi biletini tapdım. Avtomatının qundağı sınmışdı. Avtomatın maqazinləri boş vəziyyətdə orda qalmışdı. Təminat gəlməyib. Zabit olduğu bilinməsin deyə hərbi biletini qoruyucu jiletinin cibinə qoyub daşın arxasına atıb". 

Murov dağa  birinci dəfə martın sonunda  qarın çox olduğu zamanlarda, ikinci dəfə isə qar əriyəndən sonra iyulun ortalarında gedib və oğlunun əşyalarını tapıb. 
 
"Mənim oğlum ilk döyüşə girən olub. Həmin ərəfədə onun təminatı bitib. Rabitə ilə kömək istəyib, ona silah göndərilməyib. Özüm şəxsən Murov dağa gedib qoruyucu jiletini, silahını, hərbi biletini tapdım. Avtomatının qundağı sınmışdı. Avtomatın maqazinləri boş vəziyyətdə orda qalmışdı.  Zabit olduğu bilinməsin deyə hərbi biletini qoruyucu jiletinin cibinə qoyub daşın arxasına atıblar". 

Səməd Əlizadə oğlu İbrahimlə sonuncu dəfə 2020-ci ilin 25 sentyabrında danışıb. İbrahim Əlizadə valideynlərini narahat etməmək üçün müharibədə iştirakı barədə onlara məlumat verməyib. İbrahim Əlizadə nişanlı olub. 

Ermənistan indiyədək İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 hərbçimizin taleyi barədə məlumat vermir.  Onlardan biri  leytenant, biri gizir, biri MAXE, qalan 4-ü isə əsgərdir.
 
Əsir və Girovlarla iş üzrə Dövlət Komitəsi 7 əsgərin taleyi barədə erməni tərəfin məlumat vermədiyini bildirib və bu istiqamətdə iş aparıldığın qeyd edib. 
 
Rafiq Şahbazov



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol