MN: Əlahiddə Ümumqoşun Ordunun qüvvələri təlim məşqlərinə cəlb olunub-VİDEO

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib.
MüdafiəNazirliyindən anews.az-a bildirilib ki, səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.
"Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağqalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.
Məşğələlərdə atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetirilir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























